• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı sakinlərinə ŞAD XƏBƏR – Bu ünvanlarda ucuz bazarlar açılacaq

Bakı sakinlərinə ŞAD XƏBƏR – Bu ünvanlarda ucuz bazarlar açılacaq
03.11.2019 23:32
Bakıda yeni yarmarkalar açılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Verilən məlumata görə, noyabrın 3-də Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Nazirliyin aparat rəhbəri Aqil Quliyev, Kənd Təssərrüfatı Naziriliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC-nin idarə heyətinin sədri Leyla Məmmədova və Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Nərimanov rayonu ərazisində (Gənclik metro stansiyasının yaxınlığı) təşkil olunan "Kənddən Şəhərə” həftəsonu yarmarkasını ziyarət ediblər.

Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev yarmarkanın təşkil olunmasının əsas məqsədlərindən danışıb:

"Bakı şəhər əhalisinin yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, eyni zamanda fermerlərin bazarlara maneəsiz çıxışı və süni qiymət artımının qarşısının alınması məqsədilə "Aqrar Tədarük və Təchizat” ASC tərəfindən yarmarkalar təşkil olunur.

Çalışırıq ki, fermerlər öz məhsullarını bu yarmarkalar vasitəsilə satsınlar.


Yarmarkada iştirak edən fermerlər bütün avadanlıqlarla və hər cür şəraitlə təmin olunur. Siz özünüz də gördünüz ki, alıcılarımız da, satıcılarımız da qiymətdən və şəraitdən razıdırlar.

Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, həm istehsalçılar, həm də istehlakçılar dövlətin yaratdığı bu şəraitdən razı qalsınlar və öz ailələri üçün keyfiyyətli məhsul alsınlar.

Cari ilin sonuna qədər Bakı şəhərində daha iki yeni yarmarkanın açılışını etmək fikrindəyik. Bundan başqa paytaxtda "Kənddən Şəhərə” adı altında satış mərkəzləri də fəaliyyət göstərir.

Hesab edirəm ki, Bakı şəhər sakinləri həmin mağazalardan da razıdırlar.

Onlarda da qiymətlər münasibdir. Bizim bir siyasətimiz var ki, nə fermerlər, nə də alıcılar ziyana düşməməlidir, ortaq bir məxrəcdə məhsullar satılmalıdır”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, "Kənddən Şəhərə” yarmarkası Nərimanov rayonundan başqa Yasamal rayonu, H.Cavid prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində (Space TV-nin yaxınlığı) və Binəqədi rayonu, S.S.Axundov küçəsi 5B ünvanlarında da mütəmadi olaraq hər həftənin şənbə və bazar günləri təşkil olunur.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol