• $
  • €
  • ₽
  • ₺
  • £

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü

AtaBank Bayraq Günündə sığınacaqdakı uşaqlarla görüşdü
08.11.2019 15:27
"AtaBank" ASC Korporativ Sosial Məsuliyyət layihələri çərçivəsində 2019-cu il üçün nəzərdə tutulmuş növbəti xeyriyyəçilik aksiyasını Bayraq gününə həsr etdi.
Bank tərəfindən Binəqədi rayonu, Hüsü Hacıyev küçəsi 23 ünvanında yerləşən "Təmiz Dünya” İB-nin nəzdində Qadın və Uşaq sığınacağını ziyarət etdi.
Bank heyəti sığınacaqda məskunlaşan uşaqları 9 Noyabr Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək onlara müxtəlif rəssamlıq ləvazimatları və şirin sovqat hədiyyət etdi. Məlumat üçün bildirək ki, "Təmiz Dünya” Qadınlara Yardım İB 1999-cu ildə Mehriban Zeynalova tərəfindən təsis edilib və 2002-ci ildən çətin həyat şəraitinə düşmüş qadın və uşaqlar üçün sığınacaq xidməti fəaliyyətini göstərir. Hazırda təşkilatın rəhbərliyini Mehriban xanımın qızı Elnurə Zeynalova müvəffəqiyyətlə davam etdirir.

Ziyarət ilə əlaqədar "AtaBank" ASC-nin Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi: "Bu cür tədbirlər məişət zorakılığından əziyyət çəkmiş və ya valideyn himayəsindən məhrum olan uşaqların ehtiyac və arzularına diqqət yetirmək, onları sevindirmək məqsədi ilə keçirilir. Lakin bu gün ən böyük sürpriz bizim onlara bəxş etdiyimiz sevinc yox, onların bizə hazırladığı şeirlər və əl işləri oldu.”

Hər zaman sosial məsuliyyətə önəm verən AtaBank-ın belə tədbirlərin təşkilini bundan sonra da davam etdirəcəyi qeyd edildi.
Tədbir zamanı bank əməkdaşları uşaqlarla birgə xatirə video və fotoşəkillər çəkdirdilər.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.




www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol