• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR

Bu şəxslərin maaşı artırıldı - ŞAD XƏBƏR
13.11.2019 18:41
Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.
Təhsil Nazirliyindən Anews.az-a bildirilib ki, qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb.
Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib. Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı 2 dəfə artırılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
İqtisadiyyat 11:49
AMB 2027-ci ildə də manatın məzənnə sabitliyini əsas lövbər kimi saxlayacaq
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol