• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarları bir araya gətirdi

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta  sahibkarları bir araya gətirdi
20.11.2019 16:29
Azərbaycan Beynəlxalq Bankının müştərisi olan bir qrup kiçik və orta sahibkarla bankın təşəbbüsü əsasında görüş keçirilib. İşgüzar şam süfrəsi formasında təşkil olunmuş ilk belə görüşdə Bakı və Bakıətrafı bölgələrdən 30-a yaxın sahibkar iştirak edib. İştirakçılar arasında sıx kommunikasiya mühiti yaradan tədbirdə sahibkarlar bank məhsul və xidmətləri ilə bağlı istəklərini bank təmsilçilərinə çatdırıblar. Biznes layihələrinin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq seqmenti üzrə iş proseslərinin daha effektiv qurulması üçün müəyyən təkliflər irəli sürüblər. Sahibkarlara xidmət səviyyəsini qiymətləndirməkdən ötrü görüş iştirakçıları arasında sorğu da keçirilib. Sahibkarlar müvafiq suallara cavab verərək bankda onlara göstərilən xidməti 5 ballıq sistemlə qiymətləndiriblər.

Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov bu cür işgüzar görüşlərin regionlarda da davam etdiriləcəyini bildirib: "Məqsədimiz kiçik və orta sahibkarlarla daha sıx çalışmaqdır. Məhsul və xidmətlərimizi onlar üçün daha əlçatan etməkdir. Belə görüşlər bizə imkan verəcək ki, bu müştəri seqmenti ilə əlaqələrimizi daha da gücləndirək. Sahibkarlara onların istəklərinə uyğun həllər təqdim edə bilək. Ümid edirik ki, bu cür görüşlərin qarşılıqlı faydaları çox olacaq”.   

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol