• $
  • €
  • ₽
  • ₺
  • £

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və ASK-nın mükafatını qazandı

IBA Tech Akademiyası layihəsi Beynəlxalq Əmək Təşkilatı və  ASK-nın mükafatını qazandı
22.11.2019 12:32
Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Korporativ Sosial Məsuliyyət layihələrinin qiymətləndirilməsi məqsədilə keçirdiyi müsabiqənin qaliblərindən olub. Bank bu il reallaşdırdığı IBA Tech Akademiyası layihəsinə görə ölkəmizdə korporativ sosial layihələrdə fəal iştirak edən biznes qurumu kimi mükafatla təltif edilib. Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində noyabrın 21-də "Fairmont” otelində "Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda keçirilən konfrans zamanı mükafat Azərbaycan Beynəlxalq Bankına təqdim edilib.

Belə bir müsabiqənin məqsədi ölkəmizdəki biznes subyektlərinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələrinin sayının artırılmasına nail olmaq, bu sahədə motivasiya yaratmaqdır. Müsabiqəyə ölkənin ayrı-ayrı aparıcı biznes qurumları öz KSM layihələrini təqdim ediblər. Layihələrin qiymətləndirilməsi Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə həyata keçirilib. Bu zaman layihələrin dayanıqlı iqtisadi inkişafa dəstək səviyyəsi, əhatə dairəsi, məzmunu, cəmiyyətə faydaları və s. bu kimi amillər nəzərə alınıb.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı IBA Tech Akademiyasını bu ilin sentyabrında yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Akademiyanın ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırdığı sosial layihəsi çərçivəsində burada təhsil ödənişsizdir. Hazırda 100-dən artıq gənc IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kurslarında ölkəmizin əmək bazarında xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd proqramlaşdırma biliklərinə yiyələnir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müşaviri Zaur Ələkbərov bildirib: "IBA Tech Akademiyası layihəsinin qazandığı mükafat, bu təşəbbüsümüzün  mühüm ictimai faydalarından irəli gəlir. Azərbaycan Beynəlxalq Bankı cəmiyyətimizin yüksək maraq və rəğbətlə qarşıladığı bu cür gərəkli layihələri bundan sonra da davam etdirəcək”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol