• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi

AtaBank “Qlobal Sahibkarlıq Həftəsi”ndə təltif edildi
22.11.2019 15:10
Məlum olduğu kimi, dünya üzrə qeyd olunan "Qlobal Sahibkarlıq Həftəsi”ndə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konferederasiyası (ASK) da bir sıra tədbirlər həyata keçirir.

Belə ki, 21 noyabr 2019-cu il tarixində Fairmont otelində "Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda başlamış konfrasda Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 21 KSM layihəsi iştirak etmişdir və onlardan 13-ü seçilmişdir.

Həmin tədbirdə "AtaBank” ASC Korporativ Sosial Məsuliyyət layihələrində fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib.
Konfransda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-nın digər sosial tərəfdaşları iştirak edib.

Qeyd etmək istərdik ki, AtaBank il ərzində Korporativ Məsuliyyət çərçivəsində bir neçə layihə təşkil etmişdir. Bu haqda danışan bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov vurğuladı ki, cəmiyyətin tələb və dəyərlərinə önəm verərək bu cür layihələr davamlı şəkildə keçiriləcək.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank” ASC 100% yerli kapitala malik, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol