• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır

Keçmiş deputatın qardaşı ölkədən qaçmağa hazırlaşır
23.11.2019 17:00
Keçmiş deputat Rafael Cəbrayılovun tikinti biznesi ilə məşğul olan qardaşı Elşən Cəbrayılov Binəqədidə inşa etdirdiyi mənzilləri dəyər-dəyməzinə satır. 


Bu barədə Yenisabah.az-a daxil olan məlumatda iddia edilir ki, Elşən Cəbrayılovun niyyəti ölkədən birdəfəlik getməkdir.


Hazırda onun rəhbərlik etdiyi "Dərhal” MMC İstanbulun Bəylikdüzü adlanan ərazisində hündürmərtəbəli binalar inşa edir. 


Məlumata görə, Elşən Cəbrayılovun ölkədən getməsi həm Rafael Cəbrayılovun borc qalmaqalı, həm də rəhbərlik etdiyi MMC-nin vergi borcu ilə bağlıdır.


Xatırladaq ki, Rafael Cəbrayılov bir neçə nəfərdən külli miqdarda borc alıb. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub.


Bu məsələ ictimailəşəndən sonra Milli Məclisə müraciət edərək, mandatdan imtina edib. Hazırda Rafael Cəbrayılov borc aldığı şəxslərdən biri olan Xatirə Nəcəfova  ilə məhkəmə çəkişməsindədir. O, borclu olduğu şəxslərə aldığı pulları geri qaytaracağına söz verib.


Keçmiş deputat baş verənlərdə günahkar kimi qardaşı Elşən Cəbrayılovu göstərir. Hətta bu məsələyə görə qardaşı ilə arasında narazılıq var.


Bir müddət əvvəl Rafael Cəbrayılovla borclu olduğu Təranə Fətəliyeva adlı şəxslə telefon danışığının səsyazısı yayılmışdı.


Keçmiş deputat Təranə Fətəliyeva ilə telefon danışığında qardaşına himayədarlıq etməsindən, vergi məsələlərini yoluna qoymasından, lakin sonda qardaşının pulları xaricə daşıyaraq naxələf çıxmasından söhbət açır.


Yeni məlumatlarda bildirilir ki, Elşən Cəbrayılov hətta Rafael Cəbrayılovun villasını da ələ keçirmək istəyir. Yenisabah.az məlumat yaymışdı ki, borclarını qaytarmaq üçün villasını satışa çıxaran keçmiş deputat artıq müştəri tapıb.


Məlumatda qeyd edilirdi ki, onun qardaşının dostu da villanı almaq istəyir. Yeri gəlmişkən, villa Elşən Cəbrayılovun həmin dostunun adınadır. Lakin onun təklif etdiyi məbləğ Rafael Cəbrayılovu qane etmədiyinə görə digər müştəri ilə anlaşıb.


Əldə edilən məlumatda deyilir ki, əslində, villanı Elşən Cəbrayılovun dostu yox, onun özü almaq istəyir. Rafael Cəbrayılova təklif edilən məbləği də qardaşı müəyyənləşdirib. Keçmiş deputat bununla razılaşmadığına görə Elşən Cəbrayılov villanın dostunun adına olmasından istifadə edərək qardaşı ilə müştəri arasındakı anlaşmanı pozmağa çalışır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol