• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Ernst&Young”ın “EY İlin İş Adamı™” proqramı başlandı

Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə “Ernst&Young”ın “EY İlin İş Adamı™” proqramı başlandı
28.11.2019 13:02
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan "Ernst&Young” Azərbaycanda ilk dəfə "EY İlin İş Adamı™” müsabiqə-proqramını elan edib. Bu qlobal proqramın ölkəmizdə həyata keçirilməsinə Azərbaycan Beynəlxalq Bankı və BP-Azərbaycan şirkəti də dəstək verir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi isə proqramın strateji tərəfdaşıdır.

"EY İlin İş Adamı™” öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir.

"EY İlin İş Adamı ™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır. 2019-cu ildən başlayaraq belə bir proqramın ölkəmizdə də tətbiqi yerli sahibkarların fəaliyyətini layiqincə qiymətləndirmək, onları dəstəkləmək və bir araya gətirmək məqsədi daşıyır.

Bu müsabiqədə cəmiyyətə və iqtisadiyyata müsbət təsir göstərən uğurlu sahibkarlar, onların ortaya qoyduqları nəticələr yarışır. İştirak meyarlarına cavab verən hər bir sahibkar müsabiqəyə qatıla bilər. Bütün iştirakçılar milli mərhələ çərçivəsində yarışacaq. Onların müraciətləri, biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin qalibi olan sahibkar Monte Karloda keçiriləcək nüfuzlu "EY Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.

Ərizələrin qəbulu 25 noyabr tarixindən 15 yanvar tarixinə qədərdir. İştirakçı sahibkarlarla müsahibələr və ərizələrin qiymətləndirilməsi gələn ilin 16 yanvarından 6 martına qədər həyata keçiriləcək. Martın 11-də mükafatlandırma mərasimi olacaq. 4-7 iyun 2020-ci il tarixində isə qalib sahibkar Monte Karloda "EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində iştirak edəcək.

"EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev bunları deyib: "Proqram sahibkarlara öz nailiyyətlərini göstərməyə, komandanın töhfələrini açıq şəkildə nümayiş etdirməyə imkan verir.  Ümid edirik ki, Azərbaycan sahibkarları bu müsabiqədə həvəslə iştirak edərək uğur qazanacaqlar”.  
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov isə bankın müştərisi olan sahibkarlar üçün bu proqramın gözəl bir inkişaf imkanı olduğunu qeyd edib: "EY İlin İş Adamı™ proqramı ölkəmizdə sahibkarlığın təşviqinə, müştərilərimiz olan iş adamlarının öz bizneslərini böyütmələrinə şərait yaradır. Sahibkarlarla fəal şəkildə çalışan bank olaraq bütün bunlar Azərbaycan Beynəlxalq Bankı üçün çox önəmlidir. Ona görə də ölkəmizdə ilk dəfə həyata keçirilən bu faydalı təşəbbüsə məmnuniyyətlə dəstək veririk”.

Proqramda iştirak meyarları ilə bu linkdən ətraflı tanış olmaq və müraciət ərizəsi göndərmək mümkündür: https://www.ey.com/az/en/home/ey-eoy
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol