• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Cənub Qaz Dəhlizi artıq beynəlxalq işbirliyi layihəsidir”

İlham Əliyev: “Cənub Qaz Dəhlizi artıq beynəlxalq işbirliyi layihəsidir”
30.11.2019 17:30
"TANAP Cənub Qaz dəhlizinin bir parçasıdır. Cənub Qaz dəhlizi çox böyük infrastruktur layihəsidir. Dəyəri 38 milyard dollardır və dörd layihədən ibarətdir. Onlardan üçü - "Şahdəniz”, Cənubi Qafqaz boru xətti və bu gün TANAP tam istifadəyə verilir. Dördüncü layihə - TAP-ın icrası artıq 90 faizi keçib. Əminəm ki, TAP da vaxtında istismara veriləcək. Beləliklə, Cənub Qaz Dəhlizi - Avrasiyada ən böyük infrastruktur layihələrindən biri - vaxtlı vaxtında istismara veriləcək”.


APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP layihəsinin Avropa ilə birləşəcək hissəsinin açılış mərasimində çıxışında deyib.


Prezident İlham Əliyev qeyd edib ki, bu layihələrin həyata keçirilməsi Türkiyə-Azərbaycan birgə siyasi iradəsinin məhsuludur: "Eyni zamanda digər ölkələrin iştirakı və özəl şirkətlərin maliyyə dəstəyi ilə biz bunu həyata keçirdik. Bu gün Cənub Qaz Dəhlizi özündə yeddi ölkəni birləşdirir və bu, artıq beynəlxalq işbirliyi layihəsidir. Bu layihə ölkələr arasında körpülər yaradacaq, bu layihə daha böyük anlaşmaya yol açacaq. Bu layihədə iştirak edən 7 ölkə - onlardan 3-ü Avropa İttifaqının üzvüdür - uzun illər birlikdə bundan sonra çalışacaq və bunun faydasını bölüşəcək. Yəni bu layihə işbirliyi gətirir, sabitlik gətirir, uzun müddətli anlaşma gətirir. Bu layihələrə, sadəcə, enerji layihələri kimi baxmaq düzgün olmaz”. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol