• $
  • €
  • ₽
  • ₺
  • £

“Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu

“Mobil Şöbə 3.0” ilə xarici bankların kartlarına pul köçürmək mümkün oldu
03.12.2019 10:59
Azərbaycanda rəqəmsal bankçılığın liderlərindən biri olan Bank Respublika, müştəriləri üçün "Mobil Şöbə 3.0” mobil əlavəsinin yenilənmiş versiyasını təqdim etdi.

Tətbiqin 3.0 versiyası tamamilə yeni interfeys və mobil əlavə ilə işləmə prosesini daha rahat, daha sürətli və daha səmərəli edən istifadəçi təcrübəsinə dayanaraq hazırlanıb.

Bir sıra yeni xüsusiyyətlərdən əlavə olaraq, "Mobil Şöbə 3.0” versiyası əvvəlki nəsillərin əsas və populyar funksiyalarını özündə saxlayıb və inkişaf etdirib, məsələn: Western Union beynəlxalq pul köçürmələri, "Vektor” lokal pul köçürmələri, şablonlar, avto ödənişlər və sevilən bir sıra digər xidmətlər.
Bununla yanaşı, "Mobil Şöbə 3.0” əlavəsi Bank Respublika müştərilərinə eləcə də, Bankın müştərisi olmayanlar üçün tamamilə yeni imkanlar yaradan bir sıra xidmətlər və həllər təqdim edir. Bunlar: vəsaitlərin xarici bankların kartına köçürülməsi, üçüncü tərəflərin bank kartlarının əlavə edilməsi, bankın müştərisi olmayanların qeydiyyatı, hesabdan çıxarışlarda tranzaksiyaların yeni axtarış sistemi və s.

"Mobil Şöbə 3.0” əlavəsi komandamızın kreativ düşüncə və dizayn təcrübəsini özündə cəmləşdirən 100% Azərbaycan məhsuludur. "Mobil Şöbə”nin yeni versiyasının hazırlanması zamanı xarici təcrübə öyrənilmiş, istifadəçilərimizin rahatlığına və funksionallığa xüsusi diqqət yetirilib. Müştəriləmizə, özümüzün də məmuniyyətlə istifadə edə biləcəyimiz bank məhsulunu təqdim edə bilmək bizim üçün prioritet məqsəd idi. İnanıram ki, biz bu məqsədə çatdıq, bu baxımdan peşəkarlardan ibarət kollektivimizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Gələcəkdə Bank rəqəmsal kanalları fəal şəkildə inkişaf etdirməyə və müştərilərə bazarımıza xas olmayan yeni texnoloji həlləri təqdim etməyə davam edəcək ", deyə "Bank Respublika”nın darə Heyətinin sədri Tariyel İsmayılov bildirib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol