• $
  • €
  • ₽
  • ₺
  • £

Bu aydan kirayə qaldığınız ev sizin ola bilər - Kirayə qalanlara ŞAD XƏBƏR

Bu aydan kirayə qaldığınız ev sizin ola bilər - Kirayə qalanlara ŞAD XƏBƏR
28.05.2020 18:28
"Nazirlər Kabinetinin sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi ilə bağlı qərarından sonra aydınlıq üçün qeyd etmək istəyirəm ki, söhbət satın almaq məqsədi ilə kirayə mənzil fondundan deyil, sosial kirayə əsasında yaşayış sahəsi təklifindən gedir".
Metbuat.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin qərarı ilə sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə normanı beynəlxalq standartlara uyğun olaraq 16 kvadratmetr müəyyən edilib:

"Bu o deməkdir ki, yerli icra hakimiyyəti orqanları sosial mənzil təklif edən zaman ailədə adambaşına 16 kvadratmetrdən mənzil sahəsi hesablamalıdırlar. Əgər hər hansı vətəndaşımızın bu növ sosial mənzillərə ehtiyacı varsa, o zaman yerli icra hakimiyyəti orqanlarında uçota alınmaq üçün müraciət edə bilər.
Sosial kirayə müqaviləsi müddətsiz olur və növbəlik prinsipi əsasında aparılır. Satın almaq məqsədi ilə təklif ediləcək kirayə evlər isə maksimum 25 il müddətinə təklif olunur və müqavilə öhədlikləri bitdikdən sonra mənzil kirayəçinin mülkiyyətinə verilir. Satın almaq məqsədi ilə kirayə mənzillərin bu ayın sonlarında satışa çıxarılması gözlənilir.
Əlavə edim ki, vətəndaşlar elektron ipoteka portalı və ya "ASAN xidmət" vasitəsi ilə müraciət edə biləcəklər".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol