• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika beynəlxalq maliyyə təşkilatı ilə 3-cü böyük müqaviləni bağlayıb

Bank Respublika beynəlxalq maliyyə təşkilatı ilə 3-cü böyük müqaviləni bağlayıb
28.05.2020 23:47
Uzun fasilədən sonra artıq üçüncü nəhəng beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycanda aqro, mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı iki böyük kredit sazişi imzalayıb. İmzalanma mərasimində Avropa İttifaqı (Aİ) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) nümayəndələri də iştirak ediblər.
 
İlk razılaşma Aİ və AYİB-in təşəbbüsü ilə həyata keçirilən AZAFF kənd təsərrüfatı layihəsi çərçivəsində bağlanıb. Layihə çərçivəsində sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi, texniki yardımın göstərilməsi, maarifləndirici işlərin görülməsi və digər dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. İkinci kredit müqaviləsi Bankın fəaliyyətinin əsas strateji istiqamətlərindən biri hesab olunan kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi məqsədilə bağlanıb. Cəlb olunmuş vəsait regionlarda, xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcəkdir. Hər iki kredit milli valyutada təqdim ediləcək ki, bu da yerli sahibkarlara valyuta risklərindən yan keçməyə imkan verəcək.
 
Qeyd edək ki, bu Bankın cari ildə beynəlxalq maliyyə təşkilatı ilə bağladığı sayca üçüncü böyük müqavilədir. Bu isə, banka  beynəlxalq maliyyə bazarında olan yüksək etimadın göstəricisidir. 2019-cu ildə Bank Respublika Hollandiya İnkişaf Bankı (FMO) ilə kredit sazişi və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta-svopu müqaviləsi bağlayıb.
 
"AYİB-in Azərbaycanın maliyyə bazarına qayıtması, uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində ölkə iqtisadiyyatında əlverişli investisiya mühitinin yarandığından xəbər verir.  AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi "Bank Respublika”nı seçməsi bizim banka olan yüksək etimadın göstəricisi eləcə də, Azərbaycanın mikro, kiçik və orta biznes seqmentinin liderlərindən biri olmasının daha bir təsdiqidir. İmzalanan saziş, sahibkarlığa, xüsusən də regionlarda kənd təsərrüfatının inkişafı üçün kredit dəstəyini gücləndirməyə imkan verəcəkdir”, - deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
 
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.







www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol