• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslərin təqaüdü 20 faiz artırılıb – Nazir

Bu şəxslərin  təqaüdü 20 faiz artırılıb – Nazir
16.12.2019 18:51
"2019-2020-ci akademik ili üçün Bakı Dövlət Universitetinə (BDU) dövlət hesabına bakalavr və magistratura səviyyəsinə 3823 nəfər tələbə qəbul olunub. Yalnız 1 il ərzində burada 1110 nəfər dövlət hesabına oxuyan tələbələrin sayında artım var”.

Anews.az report-a istinadən xəbər verir ki, bunu BDU-nun 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il akademik göstəricilərə çox ciddi təsir edən amil, yəni 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb: "Eyni zamanda dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib”.
Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdilər: "Bu kateqoriyadan olan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti təhsil almaq hüquqları təsbit edilib və yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol