• $
  • €
  • ₽
  • ₺
  • £

“Bank of Baku”-nun daha bir filialı: bütün Günəşli sakinlərinin xidmətində!

“Bank of Baku”-nun daha bir filialı: bütün Günəşli sakinlərinin xidmətində!
28.05.2020 21:38
“Bank of Baku”-nun strateji inkişaf proqramına uyğun olaraq, bankın paytaxt Bakıda yeni bir filialı fəaliyyətə başlayıb.”Yeni Günəşli” filialı bankın sayca artıq 25-ci filialıdır.Yeni filialda müştərilərə çevik və rahat xidmət üçün peşəkar komanda, rahat xidmət sahəsi və müasir avadanlıq, ictimai nəqliyyat dayanacağının yaxınlığı, bankomat və ödəniş terminallarının fasiləsiz xidmət zonası yaradılıb.Müştərilər ”Yeni Günəşli” filialında:* istehlak kreditləri rəsmiləşdirə,* kiçik və orta sahibkarlıq üçün kredit əldə edə,* əmanət yerləşdirə,* hesablaşma xidmətlərindən faydalana,* pul köçürə,* kredit və taksit kartları əldə edəvə bir çox digər xidmət və məhsullardan bəhrələnə bilərlər.Filialın açılışı münasibətilə “Bank of Baku”-nun Baş Direktoru Fərid Əlizadə bildirib: “Günəşli və Yeni Günəşli müasir Bakının ilk və izdihamlı yaşayış massivlərindən biridir.Yeni filialın açılmasının mümkünlüyünü müəyyən edərkən biz bank xidmətlərinin şəhərimizin bu hissəsində təmsil edilmədiyinə fikir verdik. Müştəri və tərəfdaşlarımıza daha yaxın olmaq prinsipimizi rəhbər tutaraq, biz burada ən yüksək standartlara cavab verən filial təsis etmək qərarınagəldik.Eyni zamanda vurğulamaq istərdim ki, yeni filialda kiçik və orta sahibkarlığın kreditləşməsinə xüsusi diqqət yetiriləcək”.Xatırladaq ki, 2013-cü ilin fevral ayında “Bank of Baku”-nun Müşahidə Şurası bankın strateji inkişaf proqramını təsdiq etmişdir. Proqramın əsas cəhətlərindən birini paytaxt və regionlarda filial şəbəkəsinin genişləndirilməsi təşkil edir. Ötən müddət ərzində bank tərəfindən Bakı və regionlarda 7 yeni filial açılıb. Nəticədə bankın filial şəbəkəsi 40% genişlənib. “Bank of Baku”-nun strateji inkişaf proqramının icrası davam etdiriləcək.Yeni filial bu ünvanda yerləşir:Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi,Günəşli küçəsi.“Bank of Baku”-nun yeni filialı bazar ertəsindən şənbəyə kimi 9.00-17.00 arası müştərilər üçün açıqdır. Bankın filialları nahar fasiləsiz işləyir.“Bank of Baku”-nun ölkə boyunca filial şəbəkəsi barədə daha ətraflı burada: http://www.bankofbaku.com/az/network-of-offices/branches.htmlƏlavə məlumat üçün:145 Məlumat Mərkəzi http://www.bankofbaku.com/ https://www.facebook.com/bankofbakuANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol