• $
  • €
  • ₽
  • ₺
  • £

Amrahbank fəaliyyətinin 26 ilini öz yeni binasında qeyd etdi

Amrahbank  fəaliyyətinin 26 ilini öz yeni binasında qeyd etdi
30.12.2019 14:01
28 dekabr 1993-cü ildə fəaliyyətə başlayan, artıq 26 illik tarix və zəngin təcrübə ilə bir çox mühüm nailiyyətlər əldə edən Amrahbank hazırda Azərbaycanın ilk bankları sırasında olmaqla ölkənin aparıcı banklarından biridir.
 
28.02.2019- cu il tarixində Amrahbank fəaliyyətinin 26 ilini Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən öz yeni binasında qeyd etdi. Tədbirdə çıxış edən Bankın Müşahidə Şurasının sədri cənab Yunis İldırımzadə "Amrahbank”ın yaranma tarixindən, keçdiyi inkişaf mərhələlərindən, son illərdə Azərbaycanın bank sektorundakı ümumi vəziyyətdən danışaraq "Amrahbank”ın 26 yaşının tamam olması münasibətilə Bankın bütün kollektivini ürəkdən təbrik etdi, onlara Bankın fəaliyyətində sərf etdikləri əməklərinə görə  öz minnətdarlığını bildirdi, gələcək işlərində uğurlar arzuladı.

Qeyd edək ki, ölkənin müstəqilliyi ərəfəsində və müstəqil dövlətimizin ilk illərində bir çox çətinlikləri geridə qoyaraq, sonrakı illərdə ölkədə yaranan sabitlik və iqtisadi inkişaf şəraitində fəaliyyətini genişləndirən Amrahbank, on minlərlə müştəriyə ən geniş çeşiddə xidmətlər göstərən universal bir banka çevrilmişdir.

Bankımız müştərilərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli pul köçürmələri, hesbalaşma-kassa əməliyyatları, inkassasiya xidmətləri və s. daxildir.

Bankın səhmlərinin 45.84% pay ilə Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı”na (BİB) aid olması da  "Amrahbank”ın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rolu olmuş, eyni zamanda Bankın  bir çox aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər qurulmasında geniş imkanlar açmışdır.
 
Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin regionlarında yerləşir. Bankın inkişaf tarixinə aid mühüm hadisələrdən biri də 2019-cu ilin iyun ayından etibarən Bankın yeni inzabati binasının istifadəyə verilməsi oldu.  Qeyd edək ki, Bankın yeni binası Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşir.

 "Amrahbank”ın 11 mərtəbəli  yeni binası 10 min kvadrat metrdən çox sahəni əhatə edir.
 
Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların, o cümlədən  Azərbaycan Banklar Assosiasiyasının, Bakı Fond Birjasının, VİSA, MasterCard Beynəlxalq Ödəniş sistemlərinin, Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun , Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun, Azericard Prosessinq Mərkəzinin və s. üzvüdür.
 
Qeyd edək ki, "Amrahbank”ın yaranma günü münasibətilə mövcüd olan bayram əhval ruhiyyəsi iş saatından sonra keçirilən korporativ tədbirlə davam etdirildi. Unudulmaz anlar yaşayan Amrahbank kollektivi fəaliyyətlərinə görə Bankın rəhbərliyi tərəfindən müxtəlif növ nominasiyalar üzrə sertfikatlarla da təltif edildilər.

Amrahbank fəaliyyətinin 26 illiyi münasibəti, eləcə də qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylık Günü və 2020-ci il Yeni Təqvim İli münasibətilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir,  bankla əməkdaşlıq etdikləri üçün onların hər birinə təşəkkür edir, gələcək işlərində yeni-yeni  uğurlar arzulayır.
Amrahbank: Sizə açıq və aydın bank!
 
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
İqtisadiyyat 12:01
Azərbaycan banklarının kredit portfeli 10 ayda 14% artıb
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
İqtisadiyyat 11:58
AMB 2027-ci ildə fiskal siyasətin inflyasiyaya əhəmiyyətli təsirini gözləmir
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
İqtisadiyyat 11:54
AMB qiymətli kağızlar bazarı üzrə qanunvericiliyə dəyişikliklər hazırlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol