• $
  • £

Pensiya artımları nə vaxtdan veriləcək? - RƏSMİ

Pensiya artımları nə vaxtdan veriləcək? - RƏSMİ
15.01.2020 19:27
Pensiyaların artırılması istiqamətində növbəti addım kimi, bu ay ərzində əmək pensiyaları indeksləşdirilərək artırılacaq.
Bu barədə Qafqazinfo-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. 
O bildirib ki, "Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi nəzərdə tutulur. 

Cari il üçün pensiyaların indeksləşdirilərək artırılması da Dövlət Statistika Komitəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ay ərzində təqdim olunacaq rəsmi məlumatda  2019-cu il üzrə ölkəmizdə orta aylıq nominal əməkhaqqının artım tempi göstəricisi əsasında həyata keçiriləcək. Pensiyaların 2020-ci ilin 1 yanvar tarixinə olan məbləği həmin göstəriciyə uyğun şəkildə və cari ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. 
Artım cari ilin əvvəlindən tətbiq ediləcək və yanvar ayının pensiyalarına ediləcək artımlar fevral ayının pensiyası ilə birgə veriləcək. 
Pensiyaların indeksləşdirilərək artırılması pensiyaçıların təxminən 93-94 faizinə şamil olunacaq. Qalan pensiyaçılar isə "Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsindəki qruplardır (dövlət qulluqçuları, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, millət vəkilləri və b.) ki, onların pensiyalarının artımı qanunvericilikdə nəzərdə tutulan başqa mexanizm əsasında həyata keçirilir. 
Qanunvericiliyə uyğun olaraq, bu ay ərzində sığortaolunanların fərdi hesablarındakı pensiya kapitallarının da ötən il üzrə inflyasiya göstəricisinə uyğun indeksasiya edilərək artırılması təmin ediləcək.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:36
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol