Metropolitenin balansına aid olmayan ticarət obyektləri sökülməyəcək

Bakı Metropoliteni QCS-nin “20 Yanvar” stansiyasında fəaliyyət göstərən ticarət obyektlərinin bəziləri sökülüb.Stansiya rəhbərliyindən APA-ya bildirilib ki, yalnız metropolitenin balansına aid olan, xəzinənin arxasında yerləşən obyektlərin sökülməsinə qərar verilib. Ticarət obyektlərinin sahibləri isə APA-ya deyiblər ki, “Bakı Metropoliteni” QCS-nin sədri Zaur Hüseynov Ramazan bayramından öncə stansiyaya baxış keçirib, bayramdan sonra xəzinənin arxasında olan giriş və çıxışdakı obyektlərin sökülməsi barədə göstəriş verib. Bu, sərnişinlərin sərbəst hərəkətini təmin etmək məqsədilə olub. Sahibkarlar qeyd edib ki, digər obyektlər metropolitenin balansına aid olmadığından sökülməyəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Son xəbərlər 
Daha çox 






















