• $
  • €
  • ₽
  • ₺
  • £

Koronovirus neftin qiymətini aşağı salır.Azərbaycanı nə gözləyir?

Koronovirus neftin qiymətini aşağı salır.Azərbaycanı nə gözləyir?
28.05.2020 21:54
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.  Bu Azərbaycan neftinin qiymətinə də təsir edir.   "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,73 dollar ucuzlaşaraq 53,67 dollar təşkil edib. Neftin ucuzlaşmasının bir sıra səbəbləri var və  bu təbii ölkə iqtisadiyyatında bir sıra problemlər yaradacaq.

Ekspert Natiq Cəfərli deyir ki, hazırda neftin ucuzlaşmasın təsir edən  ən əsas amil yayılan virus təhlükəsidir.   "Çində və bir çox Avropa ölkələrində virusun yayılması iqtisadi aktivliyi məhdudlaşdırıb.  Son bir ayda truzim səfərləri 30 faiz azalıb. Neftə olan təlabat azaldığı üçün, neftin qiyməti də düşür. Ən pis isə bunun sonu görünmür. Nə vaxt bu virusun qarşısının alınacağı bilinmir. Bu həftə neftlə bağlı daha bir maraqlı məlumat Amerikadan gəlib. Neft istehsalı artdığı üçün Amerikada neft anbarları dolub”. 

Ekspert neftin 55 dollardan aşağı düşməsinin Azərbaycan iqtisadiyyatında təhlükələr yaradacağını  bildirib. "Əgər neftin qiymətinin aşağı düşməsi həftələr, aylar çəkərsə ciddi problemlər yaranacaq. İxracat azalacaq və manata təzyiqlərin şahidi olacağıq.  Azərbaycan höküməti məcbur qalacaq ki, manatın məzənnəsində yumşalma etsin. Kəskin devalivasiyanın hətta yaxın gələcəkdə olacağını da düşünmürəm. Azərbaycan höküməti yəqin ki, gözləmə mövqeyi alacaq”. 

Natiq Ceferli Azərbaycan neftinin ixracatının təqribən günə 550.000 barel təşkil etdiyini deyir. "İxracatın hər bir dollar düşməsi Azərbaycana yarım milyon dollar ziyan vurur. İlin əvvəlindən götürsək neftin qiyməti təqribən 70 dollara çatmışdı. Hazıra neftin qiymətində günə 10 milyon dollar pul itirir”. 
 
Ekspert Nazim Məmmədov isə düşünür ki, əgər neftin qiyməti 45 dollardan aşağı düşərsə hökümət  inzibati yollarla manatın kursunu  saxlaya bilməyəcək və bu zaman  devalvasiya baş verə bilər. "Təbii ki, əsas  ixracat məhsulumuz  neft olduğu üçün Azərbaycan  iqtisadiyyatı da neftin qiymətinə çox həssas yanaşır.  Hökümət çalışmalıdır ki, qeyri-neft sektorunu inkişaf etdirsin. Ölkədə inhisarçılıq aradan qaldırılmalı, məmur sahibkarlığı ləğv edilməlidir”.

Ekspert Beynəlxalq Energetika Agentliyinin proqnazlarına görə, neftə olan tələbatın ildən ilə azalacağını və neftin qiymətinin düşəcəyini söyləyib. "2025-ci ildən neftə olan tələbatın azalması daha ciddi hiss olunacaq. Çünki əsas neft istehsal edən ölkələr alternativ enerjilərdən daha çox istifadə edəcəklər. Dizel və benzinlə işləyən maşınlara qadağa qoyulacaq. İqtisadiyyat ciddi ziyan çəkəcək”.

Belə görünür ki, koronavirus sadəcə insanların sağlamlığına deyil, həmçinin ölkələrin iqtisadiyyatına da ciddi ziyan vurur. İqtisadiyyatında neft ixracatına üstünlük verən ölkələr isə bundan daha çox ziyan çəkəcəklər. Ekspertlərin fikrincə, təəssüf ki, bu baxımdan Azərbaycan hələ ki risk altında olan ölkələr sırasındadır.

Əliyə İlyasova
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol