• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankın Baş ofisi məsafədən iş rejiminə keçib

Unibankın Baş ofisi məsafədən iş rejiminə keçib
17.03.2020 15:19
Nazirlər Kabineti yanında Operativ qərargahın qərar və tövsiyələrini əsas tutaraq, KORONAVİRUS infeksiyasının(COVİD-19) yayılma riskini minimuma endirmək üçün Unibank rəhbərliyinin qərarı ilə bankın Baş ofis (Uniplaza) əməkdaşlarının bir hissəsi 16 mart tarixindən etibarən məsafədən iş rejimində fəaliyyət göstərir.
 
Unibankın baş ofisində 500-dən cox əməkdaş çalışır. Uniplaza müasir standartlara uyğun yeni bina olduğu üçün burda mərkəzləşdirilmiş vahid havalandırma sistemi quraşdırırlıb.
 
Dünya praktikasında da görülmüş faktdır ki, hər hansı bir virusun yayılma riski ümumi havalandırma sistemi olan böyük binalarda daha çoxdur. Unibank rəhbərliyi də bu praktikanı və koronavirusla bağlı ÜST və yerli dövlət orqanlarımızın qərar və tövsiyələrini əsas tutaraq, öz əməkdaşlarının sağlamlığının təhlükəsizliyi üçün belə önləyici tədbirlər həyata keçirir.

Məsafədən işləməsi mümkün olan işçilər evdən işləyirlər, Baş ofisdə fəaliyyətləri zəruri olan əməkdaşların isə şəxsi avtomobil və taksi ilə işə gəlmələri təmin olunub. Uniplazanın birinci mərtəbəsində yerləşən müştəri xidmətlərinin fəaliyyəti də bank əməkdaşlarının sağlamlığının təhlükəsizliyi baxımından dayandırılıb.
 
Hazırda Bank əməkdaşları tam sağlam şəkildə fəaliyyətlərini davam etdirirlər. Bu gün Unibankın bütün filialları tam tərkibdə müştərilərə xidmət edir. 250-yə yaxın əməkdaş filiallarda müştərilərin xidmətindədir. Unibankın hazırda müştərilərə xidmət edən bütün filiallarında gündəlik dezinfeksiya işləri aparılır. Əməkdaşların və müştərilərin sağlamlığı üçün lazımı tədbirlər görülür.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol