• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
19.03.2020 15:54
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılıb.

Anews.az xəbər verir ki, bu qərar başlıca olaraq İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə qlobal mühitdə baş verən əhəmiyyətli dəyişikliklər və onun təsiri altında yaranmış qeyri-müəyyənliklər nəzərə alınmaqla qəbul edilib.

Mart ayının əvvəllərindən koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə əsas neft ixracatçıları arasında OPEK+ sazişinin uzadılmaması neftin qiymətinin cari ildə 2 dəfədən çox azalması ilə nəticələnib.

Xarici şok şəraitində Azərbaycan hökuməti və Mərkəzi Bankın koordinasiya olunmuş fəaliyyəti nəticəsində valyuta bazarında tarazlıq təmin edilir. İlin əvvəlindən inflyasiya səviyyəsində əhəmiyyətli dəyişiklik baş verməmiş, 12 aylıq inflyasiya 2.9% olmaqla hədəf diapazonunun mərkəzindən aşağıda qalmışdır. Pul bazası ilin əvvəlindən 11% azalmışdır ki, bu da monetar şəraitin sərtləşməyə başladığını göstərir.

Buna baxmayaraq dövr ərzində iqtisadi aktivlik qorunmuş, iqtisadi artım 2.8%, qeyri-neft sektorunda iqtisadi artım isə 6.7% təşkil etmişdir.
Qlobal iqtisadiyyatdan gələn qeyri-monetar şokun həm ölkədaxili tələbə, həm də təklifə mənfi təsirləri Mərkəzi Bankın qiymət və maliyyə sabitliyi ilə iqtisadi aktivlik və məşğulluğun dəstəklənməsi arasında balanslı mövqe tutmasını şərtləndirir.

Son illər ölkədə yaradılmış iqtisadi və maliyyə potensialı qeyd olunan məqsədlər toplusunu optimallaşdırmaq üçün yetərli səviyyədədir. Mərkəzi Bank izafi pul kütləsinin sterilizasiyası üçün öz portfelini genişləndirəcək, zəruri hallarda arsenalındakı mövcud alətlərlə bank sisteminin likvidlik tələbatını tam ödəyəcəkdir.

Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.

Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol