• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankdan VACİB XƏBƏR

Mərkəzi Bankdan VACİB XƏBƏR
23.03.2020 15:57
Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 8-ci bəndinə müvafiq olaraq ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun 23 mart 2020-ci il tarixində ilk iclası keçirilmişdir.

İclasda Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu və Azərbaycan Banklar Assosiasiyasının rəhbər nümayəndələri iştirak etmişlər. 

İclasda koronavirus pandemiyasının və neftin kəskin ucuzlaşmasının makroiqtisadi sabitliyə, xüsusilə xarici sektora, inflyasiyaya, valyuta bazarına və fiskal balansa, habelə maliyyə sabitliyinə, xüsusilə bank sektoruna mənfi təsirləri müzakirə edilmiş,  makroiqtisadi və maliyyə sabitliyini qorumaq üçün tədbirlərə dair fikir mübadiləsi aparılmışdır.

Yekunda qərara alınmışdır ki, mövcud vəziyyətin daha dərindən qiymətləndirilməsi üzrə İşçi Qrupunda təmsil olunan qurumlar arasında məlumat mübadiləsi intensivləşdirilsin və bu əsasda makroiqtisadi və maliyyə sabitliyi, o cümlədən məzənnə və qiymət sabitliyinə dair həyata keçirilməli əlavə tədbirlər barədə təkliflər qısa müddət ərzində hazırlanaraq müvafiq qaydada təqdim olunsun.  



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol