• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

Pensiya alanların nəzərinə! - aprel ayından etibarən...

Pensiya alanların nəzərinə! - aprel ayından etibarən...
29.05.2020 10:48
Ölkəmizdə koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə Azərbaycan Beynəlxalq Bankı növbəti addımını atıb. Bu xəstəliyin xüsusilə yaşlı insanların səhhəti üçün doğurduğu təhlükələri nəzərə alaraq Bank pensiyaçıların banka gəlmək ehtiyaclarını aradan qaldırmaq üçün "Böyüklərə hörmətlə” təşəbbüsünü elan edib.

Anews.az bildirir ki, bu təşəbbüs çərçivəsində, ilk növbədə, müddəti mart ayında başa çatan bütün pensiya kartlarından istifadə vaxtı apreldən etibarən daha 3 ay uzadılır. Bununla da pensiya kartının müddəti tamamlanmış yaşlıların kartlarını yeniləməkdən ötrü banka gəlmələrinə daha ehtiyac qalmır. Kart sahibləri yalnız Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən istifadə etmək şərtilə növbəti üç ay ərzində pensiyalarını bu kartlarla ala bilərlər. Müddəti uzadılmış pensiya kartları nağdsız ödənişlər üçün də keçərlidir. Bu kartlar vasitəsilə Azərbaycan Beynəlxalq Bankının POS terminallarında məhsul və xidmətlərin dəyərini nağdsız ödəmək olar.
"Böyüklərə hörmətlə” təşəbbüsünün məramına uyğun olaraq Azərbaycan Beynəlxalq Bankı pensiyaya yenicə çıxmış, amma pensiya kartını hələ bankdan götürməmiş şəxslərə kartların evlərində çatdırılması, eyni zamanda ucqar yaşayış məntəqələrində yaşayan pensiyaçılar üçün səyyar ATM-lərin göndərilməsi istiqamətində də tədbirlər hazırlayır. Bu barədə əlavə məlumat veriləcək.
Azərbaycan Beynəlxalq Bankı bütün müştəriləri kimi pensiya kartı sahiblərinə də ödənişlərini mümkün qədər nağdsız aparmağı tövsiyə edir. Bu zaman onlar həm bankın yaratdığı kəşbək imkanlarından faydalanacaq, həm də dövriyyə zamanı əldən-ələ keçərək infeksiyanın yayılmasına şərait yaradan kağız pulların sağlamlıq üçün yaratdığı risklərdən qorunmuş olacaqlar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqlənib
İqtisadiyyat 12:55
Minatəmizləyənlərə təlimlərin keçirilməsi Qaydası təsdiqlənib
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 12:35
"AzerGold"un ixrac gəlirləri artıb
Yeni il ərəfəsində Yelo Bank-dan möhtəşəm kampaniya – illik 9%-dən!
İqtisadiyyat 12:07
Yeni il ərəfəsində Yelo Bank-dan möhtəşəm kampaniya – illik 9%-dən!
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
İqtisadiyyat 12:04
Birbank Yığım hesabı: Pulunuz hər gün gəlir gətirir
Azərbaycan qızıl ixracından gəlirini artırıb
İqtisadiyyat 10:55
Azərbaycan qızıl ixracından gəlirini artırıb
Azərbaycanın qeyri-neft ixracı 10 ayda 6,6% artıb
İqtisadiyyat 10:30
Azərbaycanın qeyri-neft ixracı 10 ayda 6,6% artıb
"Azərkosmos"un ixrac gəlirləri azalıb
İqtisadiyyat 09:58
"Azərkosmos"un ixrac gəlirləri azalıb

Dünya bazarlarında neft bahalaşıb
İqtisadiyyat 09:52
Dünya bazarlarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
İqtisadiyyat 09:50
Azərbaycan neftinin qiyməti 66 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol