• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!

“Nar+” tətbiqi ilə hesabını evdən idarə et!
28.03.2020 12:30

 
"Nar” koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq abunəçilərini, təhlükəsizliklərini təmin etmək məqsədilə "Nar+” tətbiqindən yararlanmağa çağırır. Bu tətbiq abunəçilərə evlərindən çıxmadan, 24/7 rejimində fəaliyyət göstərən müştəri xidmətlərindən yararlanmaq imkanı verir. Belə ki, "Nar+” tətbiqi ilə abunəçilər bir neçə saniyə ərzində özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilərlər. Tətbiqlə abunəçilər balanslarının sərfiyyatı haqqında izahlı qaiməni də əldə edə bilərlər. Qeyd edək ki, "Nar+” tətbiqini "AppStore” və "PlayStore”dan yükləmək mümkündür.
 
 "Nar+” mobil tətbiqi ilə yanaşı abunəçilər mobil operatorun rəsmi sosial media səhifələrindən ("Facebook”, "İnstagram” və "Twitter”) və gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.
 
Xatırladaq ki, "Nar”, koronavirus ("COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, eyni zamanda xüsusi rejimli xəstəxanalarda çalışan tibb personalını və nəzarətdə olan pasiyentləri pulsuz rabitə ilə təmin edib. Bundan başqa, bütün "Nar” abunəçiləri üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 qaynar xətt nömrəsinə zənglər tamamilə ödənişsiz olub.
 
"Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol