• $
  • €
  • ₽
  • ₺
  • £

Moody's Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozunu stabil qiymətləndirdi

Moody's Azərbaycan Beynəlxalq Bankının  reytinq proqnozunu stabil qiymətləndirdi
01.04.2020 08:44

 
COVID-19 pandemiyası və neftin qiymətinin ucuzlaşması ilə bağlı yaranmış yeni sosial-iqtisadi reallıqlar şəraitində Moody's Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın bank sektoru ilə bağlı təhlillər aparıb. Sektordakı vəziyyət, perspektivlər, mümkün risklər qiymətləndirilib. Bu təhlillər çərçivəsində ölkənin bank sektorunda əhəmiyyətli mövqeyə malik Azərbaycan Beynəlxalq Bankının bəzi reytinqlərinə də yenidən baxılıb.

Agentlik Bankın kredit ödəmə qabiliyyəti reytinqini (Baseline Credit Assessment), eləcə də yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini stabil qiymətləndirib. Yerli və xarici valyutada depozitlər üzrə həm uzunmüddətli, həm də qısamüddətli Qarşı Tərəfin Risk Reytinqi (CRRs) və Qarşı Tərəfin Risk Qiymətləndirməsi (CR) isə NP səviyyəsində qərarlaşıb.

Moodys Azərbaycan Beynəlxalq Bankının kapitalının adekvatlığı əmsalının 2019-cu ilin sonuna 33,1% səviyyəsində  olduğunu diqqətə çatdırır. Müəyyən edilmiş normadan təxminən üç dəfə yüksək olan bu göstəricinin bank üçün kifayət qədər güclü təhlükəsizlik mövqeyi yaratdığı bildirilir. Hesab edilir ki, Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti, kapital mövqeyi hər hansı neqativ təsirlərə qarşı onun dayanıqlığını təmin edəcək.

Agentlik ekspertlərinin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankına qoyulmuş depozitlərə dövlət dəstəyi bundan sonra da davam etdiriləcək. Bu, həm də bankın irimiqyaslı və aparıcı bank olması, sistem əhəmiyyəti daşıması ilə bağlıdır.

Moodys-in rəyində o da göstərilir ki, indiki şəraitdə Azərbaycan Beynəlxalq Bankının idarə olunması vəziyyəti, bankda tətbiq edilən korporativ idarəetmə qaydaları ilə bağlı agentliyin hər hansı narahatlığı yoxdur.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
İqtisadiyyat 11:36
Babayev: 2027-ci ildə icmal büdcənin kəsiri 2,8 milyard manat olacaq
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
İqtisadiyyat 11:29
Uşağın doğulmasına görə birdəfəlik müavinət 2,5 dəfə artırıla bilər
Regionların büdcədən asılılığı azalır
İqtisadiyyat 11:26
Regionların büdcədən asılılığı azalır
Nazir-  Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İqtisadiyyat 11:20
Nazir- Azərbaycanın 2027-ci il üzrə ÜDM-i 141 milyard manat proqnozlaşdırılır
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol