• $
  • €
  • ₽
  • ₺
  • £

Bank kartını ikinci şəxsə verən təqaüdçülər dələduzluq qurbanı ola bilər?

Bank kartını ikinci şəxsə verən təqaüdçülər dələduzluq qurbanı ola bilər?
09.04.2020 16:52
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi karantin rejimi dövründə evdən çıxmaları qadağan edilən yaşı 65-dən yuxarı tənha  şəxslərin təqaüd almaları üçün onlara xüsusi işçilər təhkim edib. Həmin işçilər tənha adamlardan bank kartlarını almalı, təqaüdlərini çıxarıb onlara təqdim etməlidir. Təqaüdçülərin kartlarını ikinci şəxsə verməyə məcbur edilməsi nə kimi nəticələr verə bilər? Bu bank sirlərinin pozulması sayılmırmı? Bir müddət sonra  təqaüdçünün bank kartının məlumatlarını bilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşının bu məlumatlardan öz məqsdləri üçün, deyək on line alış veriş məqsədilə istifadə etməyəcəyinə kim zəmanət verə bilər? Bu suallarla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbova müraciət etdik. 
 
Onun sözlərinə görə, təqaüdçülər nazirliyin  əməkdaşlarına sadəcə etibar etməlidir.  "Sosial xidmətçilər dövlət işçiləri, dövlət qulluqçularıdır. Tənha yaşayan pensiyaçılarımız həmin işçilərə etibar edə bilərlər"., deyə qurum sözçüsü bildirdi. 

Nazirlik  həmin işçilərin gələcəkdə  öz şəxsi mənfəətləri üçün kart məlumatlarından istifadə etməyəcəklərinə dair zəmanət verirmi? sualına cavabında isə Talıbov dedi ki,  əgər belə bir hal aşkar edilərsə, həmin işçilərlə bağlı çox ciddi tədbirlər həyata keçiriləcək.

O qeyd edir ki, hazırki şəraitdə  təklif edilən pensiyaların verilmə üsulu ən optimaldır.
 
Sözçünün fikirləri ciddi suallar doğurur. Belə ki, bu qərarı verməklə nazirlik vətəndaşları, xüsusilə sosial baxımdan  həssas qrupa daxil olan təqaüdçüləri  bank sirrlərini açmağa vadar edir və bu Azərbaycan qanunvericiliyi ilə ziddiyyət yaradır.  EKspertlər nazirliyə keçmiş SSRİ zamanında sınaqdan çıxmış təqaüdlərin poct xidmətində çalışan poctalyonlar vasitəsilə nəqd şəkildə  tənha təqaüdçülərə çatdırılmasını tövsiyyə edir. Bundan başqa təqaüdlərin səyyar bankomatlar vasitəsilə çatdırılması da bir variant olaraq təklif olunur. 
 
Samirə Əliyeva

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
İqtisadiyyat 11:03
İnflyasiya risklərinin 2030-cu ilədək büdcə göstəricilərinə təsiri məhdud olacaq
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol