• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hansı sahələrə yardım ayrılacaq?

Azərbaycanda hansı sahələrə yardım ayrılacaq?
11.04.2020 11:31
İqtisadiyyat Nazirliyinin iqtisadi siyasət şöbəsinin müdir əvəzi Elvin Camalov 20 fəaliyyət növü üzrə pandemiyanın təsir dairəsindən zərər çəkmiş sektorlar barədə danışıb. 


Qaynarinfo xəbər verir ki, E. Camalov REAL TV-yə bildirib ki, bura sənaye sektoru üzrə istehsal da aiddir: "İstehsal dedikdə ərzaq, dərman vasitələri, tütün və spirtli içkilərin istehsalı istisna edilir. Çünki pandemiyanın təsir dairəsində onlara təlabat elə də aşağı düşmür. Digər istiqamət ticarət və ictimai iaşə sektorudur. Bura tur operatorlarımız, mehmanxana və otel tipli yerləşdirilmə vasitələrimiz, hazırlıq kursları, uşaq hazırlıq mərkəzləri, ticarət və topdansatış obyektləri (ərzaq və dərman vasitələri istisna olunmaqla) eyni zamanda sərnişindaşıma və taksi fəaliyyəti də daxildir. 


Dövlətin çağırışlarına cavab verən sahibkarlar bundan yararlana biləcək. İşçilərin sayında ixtisar olubsa, bu, imtinaya səbəb ola bilər. Həmçinin, riskli vergi ödəyiciləri ilə əməliyyatlar müəyyən olunarsa bu hallarda sistemdən imtina cavabı gələcək. Aprelin 8-dən sistem təminatı işə düşüb. Artıq müraciət edən hüquqi və fiziki şəxslərimiz var. Daxil edildiyi gün məlumatlar yoxlanılır. Təsdiqini tapdığı halda Maliyyə Nazirliyində tranzit hesab vasitəsilə sahibkarın göstərdiyi aktiv bank hesabına qısa müddət ərzində köçürülür”.


E. Camalov muzdlu işçilərin əməkhaqqının ödənilməsini meyarına da toxunub:


"Müəyyən olundu ki, ölkədə orta aylıq əməkhaqqı 712 manat olub. Burada yuxarı hədd 712 manatdır. 712 manatdan aşağı olan əməkhaqqılar üzrə əməkhaqqı real əməkhaqqı səviyyəsində müəyyən olunacaq. Yəni işçinin 500 manat əməkhaqqısı varsa, ona 500 manat əməkhaqqı veriləcək. Bu əməkhaqqı da iki hissədə aprel və may ayları üçün veriləcək. Yəni 250+250 şəklində. Əməkhaqqının 50 faizini dövlət dəstəkləmiş olacaq. Digəri isə sahibkarlıq subyektinin öz üzərində qalmış olacaq. 712 manatdan yuxarı əməkhaqqı alanlara isə dövlət yenə 712 manat verəcək”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol