• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nə dəstəyini davam etdirir

“Nar” “Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nə dəstəyini davam etdirir
23.04.2020 12:13

"Nar” koronavirus (COVID-19) pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə aparılan mübarizəyə dəstək məqsədilə zəruri tədbirlər həyata keçirməkdədir. Belə ki, mobil operatorun mütəxəssisləri qısa zaman ərzində "Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması və monitorinqi sistemi”nin mobil operatorla inteqrasiyasına və abunəçilərə fasiləsiz xidmət göstərilməsinə nail olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə ərsəyə gətirdiyi sistem "Nar” tərəfindən qısa müddət ərzində test edilib və lazımi tənzimləmələr aparılıb. Nəticədə, mobil operatorun abunəçiləri vətəndaşların yaşayış yerlərini tərk etmələrinə dair icazələrin alınması məqsədilə istifadəyə verilmiş "8103" qısa nömrəsindən ödənişsiz və fasiləsiz yararlana bilirlər.

Eyni zamanda, abunəçilərin "8103" xidməti ilə bağlı yarana biləcək suallarını cavablandırmaq məqsədilə "Nar”, sosial media səhifələrində bir çox faydalı məlumatlar paylaşır. Həmçinin, abunəçi bazasına maarifləndirici SMS məlumatlarının göndərilməsi də təmin olunub.

Koronavirus pandemiyası ilə əlaqədar abunəçilərin sorğularını fasiləsiz cavablandırılması məqsədilə "Nar” müştəri xidmətləri gücləndirilmiş iş rejiminə keçib. Eyni zamanda, mobil operator xüsusi karantin rejimində abunəçilərinin evdən çıxmadan bir çox xidmətlərdən yararlanmasına dəstək olub. Abunəçilər öz sorğularını evdən çıxmadan 777 Çağrı Mərkəzi ilə yanaşı, "Nar+” mobil tətbiqi vasitəsilə də ünvanlaya bilərlər. Bununla yanaşı, 02.04.2020 tarixindən etibarən abunəçilər üçün "Səyyar Nar” xidməti də təşkil edilib. Bu xidmət vasitəsilə "Nar” nümayəndəsi müştərinin ünvanına gəlir və nömrə ilə bağlı sorğunu yerində həll edir. Bundan başqa, mobil operator məsafədən nömrə satışını da həyata keçirir və müştərilərin narsim.az vebsaytı üzərindən seçdikləri nömrə birbaşa evlərinə çatdırılır.

Qeyd edək ki, "Nar” koronavirus pandemiyasının ölkədə yayılmasına qarşı aparılan tədbirlərə dəstək göstərməyi öz sosial məsuliyyəti hesab edir. Mobil operator xüsusi karantin rejimi zamanı həyata keçirilən bir sıra mühüm sosial layihələrdə aktiv iştirak etməkdədir.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
İqtisadiyyat 12:28
Azərbaycan 2027-ci ildə neft-qaz sektorunda 1,8% azalma gözləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol