• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankda növbəti iclas: Elman Rüstəmov çıxış etdi

Mərkəzi Bankda növbəti iclas: Elman Rüstəmov çıxış etdi
28.05.2020 20:49
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.
 
AMB-dən Anews.az-a verilən məlumata görə, iclasda Şurada təmsil olunan Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası, sahibkarlar və bank sektorunun nümayəndələri iştirak edib. İclas onlayn formatda keçirilib. İclasın başlıca məqsədi COVID-19 pandemiyası şəraitində sahibkarların üzləşdiyi çətinliklər və vəziyyətdən çıxış üzrə bank sektoru ilə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsindən ibarət idi.
 
Mərkəzi Bankın sədri Elman Rüstəmov iclasda çıxış edərək ilk öncə ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında koronavirus pandemiyası və beynəlxalq enerji bazarlarında neft qiymətlərinin kəskin düşməsi şəraitində dünya iqtisadiyyatının üzləşdiyi ağır böhranın milli iqtisadiyyatımıza təsirlərinin azaldılması və əhalinin sağlamlığının qorunması, onun iqtisadi fəallığının təmin olunması üzrə görülən ardıcıl işlərdən, həyata keçirilən təxirəsalınmaz tədbirlərdən, bu istiqamətdə maliyyə sektoru qarşısında qoyulan vəzifələrdən danışdı. O qeyd edib ki, ölkədə makroiqtisadi vəziyyət və sosial-iqtisadi inkişafla bağlı iqtisadi tənzimləmə institutları və maliyyə sektoru qarşısında qoyulan vəzifələr daim diqqət mərkəzində saxlanılır. Məlumat verdi ki, ölkədə makroiqtisadi sabitlik davam edir, inflyasiya məqbul səviyyədədir, milli valyuta - manatın məzənnəsi sabitdir, valyuta bazarında vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Bank sektorunda vəziyyət qənaətbəxşdir, likvidlik normaldır, kredit aktivliyinin bərpa olunması davam edir, eyni zamanda, biznes kreditləşməsində artım, istehlak kreditlərində isə azalma müşahidə olunur. Son aylarda həmçinin əhalinin əmanət bazasında artım və dedollarizasiya trendlərinin başlanılması qeyd edilib.
 
Elman Rüstəmov qeyd edib ki, bu gün əsas diqqətin cəlb edildiyi məsələlərdən biri biznesin fəaliyyət göstərdiyi makroiqtisadi mühitin dayanıqlı, stabil, proqnozlaşdırılan olması, makroiqtisadi mühitdən biznesə dəstəyin gəlməsinin təmin edilməsidir. Yeni şəraitdə makroiqtisadi çərçivə elə qurulmalıdır ki, aşağı neft qiymətləri şəraitində makroiqtisadi sabitlik qorunub saxlanılsın.
 
Sonra Mərkəzi Bankın sədri sahibkarlar və kommersiya banklarının rəhbərləri ilə keçirilən əvvəlki görüşün nəticələrinə toxunaraq bildirib ki, ötən görüşdə biznes subyektlərinin qaldırdığı məsələlərin əksəriyyəti artıq öz həllini tapıb. Belə ki, idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması həyata keçirilib, çeklərlə hesablaşmaların aparılması sisteminin Azərbaycana gətirilməsi istiqamətində Şura çərçivəsində əhəmiyyətli işlər görülüb. Prezidentin çağırışlarına cavab olaraq maliyyə sektoru ilə real sektorun əlaqələrinin genişləndirilməsi, kənd yerlərində girovsuz kreditlərin verilməsi, özünüməşğulluq proqramına dəstək istiqamətində fəal iş aparılır.
 
Elman Rüstəmovun giriş nitqindən sonra iclas iştirakçıları gündəlikdə duran məsələlərin müzakirəsinə dəvət edilib. Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbərləri, sahibkarlar çıxış edərək bildirdilər ki, məhz ötən görüşün müsbət nəticələri bir daha sübut edir ki, sahibkarlarla maliyyə-bank sektoru arasında Mərkəzi Bankın təşəbbüsü ilə aparılmış dialoq mühüm əhəmiyyətə malikdir. Aparılan fəal dialoq sahibkarlıq subyektlərinin maliyyə bank xidmətlərinə çıxışının yaxşılaşdırılmasına şərait yaratmaqla sahibkarlarda real makroiqtisadi vəziyyətin düzgün qiymətləndirilməsinə və sahibkarlıq fəaliyyətinin, ölkədə istehsal və xidmət sahələrinin inkişafına, üzləşdikləri problemlərin operativ həllinə mühüm töhfə verməkdədir.
 
Müzakirələr zamanı pandemiya şəraitində sahibkarların üzləşdiyi çətinliklər, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dəstək mexanizmləri üzrə təkliflər, bu istiqamətdə sahibkarlarla maliyyə institutları arasında əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparıldı. Çıxış edən sahibkarlar pandemiya şəraitində üzləşdikləri çətinlikləri qeyd edərək bank sektoru qarşısında kredit öhdəliklərinin restrukturizasiyası, cari fəaliyyətlərində dövriyyə vəsaitlərinin çatışmazlığını həll etmək üçün yeni kreditlərin ayrılması, valyuta rejiminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlərin görülməsi, hesablaşmalarda, xüsusilə də kiçik biznesdə hesablaşmalarda nağd vəsaitlərdən istifadə imkanlarının nəzərdən keçirilməsi, bu istiqamətdə çeklə hesablaşmaların da tətbiq imkanlarına baxılması, mikrokreditləşmə mexanizmləri üzrə tələblərin sadələşdirilməsi, biznesin kreditləşməsinin aktivləşməsi üçün zəmanət mexanizmlərindən daha geniş istifadə edilməsi kimi fikirlər səsləndirdilər.
 
E. Rüstəmov müzakirələrin nəticələrini ümumiləşdirərək görüşün faydalı olduğunu qeyd etdi. Bildirdi ki, iclasda qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərərfli öyrəniləcək və həmin istiqamətlər üzrə birgə iş aparılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol