• $
  • €
  • ₽
  • ₺
  • £

ABB dəstəyi ilə ölkəmizdə ilk dəfə ilin iş adamı seçiləcək

ABB dəstəyi ilə ölkəmizdə ilk dəfə  ilin iş adamı seçiləcək
24.04.2020 11:59

 
Böyük audit-konsaltinq şirkətlərindən olan "EY Azərbaycan”ın Azərbaycan Beynəlxalq Bankı və  BP-Azərbaycan şirkətinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirdiyi "EY İlin İş Adamı™” müsabiqə-proqramına qəbul başa çatıb. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də strateji tərəfdaşlıq dəstəyi göstərdiyi proqrama onlarla kiçik və orta sahibkar müraciət edib.

Müvafiq meyarlara uyğun seçim prosedurundan sonra 12  iddiaçı finalda qalib olmaq uğrunda yarışacaq. Onların hər biri fərqli sahələr üzrə fəaliyyət göstərən iş adamlarıdır. Azərbaycanda "EY İlin İş Adamı™” adını qazanmaq üçün yarışan iş adamları sırasında dəmir məmulatları, boru, şüşə, mebel, kənd təsərrüfatı məhsulları istehsalı, tikinti, neft-qaz sənayesi, onlayn biznes və s. sahələrdə çalışan sahibkarlar var.

Qeyd edək ki, "EY İlin İş Adamı™” müsabiqəsinin məqsədi öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən sahibkarların nailiyyətlərini tanıtmaqdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib. Hazırda 60-dan çox ölkədə, 145 şəhərdə hər il mütəmadi keçirilir. "EY İlin İş Adamı™” proqramında iştirak sahibkarlara öz həmkarları ilə əlaqə qurmaq, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaradır.

Azərbaycanda bu müsabiqəyə ilk dəfə qatılan finalçı sahibkarların biznes nailiyyətləri nüfuzlu beynəlxalq təşkilatları təmsil edən müstəqil münsiflər tərəfindən qiymətləndiriləcək.  25 aprel 2020-ci il tarixində karantin rejimi ilə əlaqədar olaraq onlayn qaydada baş tutacaq tədbirdə qalib elan olunacaq.
Final mərhələsinin qalibi olan sahibkar "EY Dünya üzrə İlin İş Adamı” müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Sahibkarların etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı belə bir proqramın ölkəmizdə təşkilinə kömək göstərməklə yerli sahibkarların nailiyyətlərinin dəstəklənməsinə, motivasiyasına, onların bir araya gətirilməsinə və sahibkarlar arasında işgüzar əlaqələrin inkişafına çalışır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol