• $
  • €
  • ₽
  • ₺
  • £

Səlahiyyətləri alınan digər bankların aqibəti necə olacaq?

Səlahiyyətləri alınan digər bankların aqibəti necə olacaq?
28.04.2020 16:37
Aprelin 27-si Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qəbul etdiyi qərarla dörd banka müvəqqəti inzibatçılar təyin olunub.
Sözügedən banklar "Atabank", "AGbank", "NBC Bank" və "Amrah Bank" ASC-ləridir.  Onlardan ikisinin lisenziyası alınıb. 

Əlbəttə ki, koronavirus pandemiyasının aktual olduğu bir dövrdə panikanın artmasına səbəb olan bu qərarla bağlı çoxlu suallar ortaya çıxır. 

Görəsən, səlahiyyətləri alınan  digər iki bankın aqibəti necə olacaq? Maraqlıdır, dövlət bu bankları bağlayacaq, yoxsa başqa banklara birləşdirəcək?
Hansı seçim daha real görünür və ölkə üçün daha az fəsadlı ola bilər?

Bu suallarla ekspert Əkrəm Həsənova müraciət etdik.

Onun sözlərinə görə,ilk növbədə bu banklar arasında fərq qoymaq lazımdır. " Bu bankların hamısında vəziyyət eyni deyil.  "NBC Bank" böyük ehtimalla bağlanacaq. Ən azından "Ata Bank" bağlanılmalı idi, çünki bank müflisləşmişdi. Hazırda bu bank əmlakı, pulu yəni bütün öhdəliklərini yerinə yetirmək iqtidarında deyil. Heab edirəm ki, bir ildir öhdəliklərini yerinə yetirməyən bankın bağlanılması məsələsi  hətta gecikib. Heç bir bank da birləşmək istəməz,çünki külli miqdarda pul çatmır. Hazırda "NBC Bank" da oxşar vəziyyəti yaşayır",- deyə ekspert bildirib. 

Ekspert deyir ki,  "AG Bank" müflis deyil, sadəcə müvəqqəti likvidlik problemi var. "Yəni bu bank   verdiyi kreditlərin bir hissəsini yığa bilmir. Məhkəmələrdə olan kreditlərin  yüksək girov təminatı olduğu üçün bu kreditləri qaytarıb, öhdəliklərini icra edəcəklər. Belə bir vəziyyətdə bu bankı heç birləşdirməyə də ehtiyac yoxdur. Sadəcə, Mərkəzi Bank bu banka kredit verməlidir".

Ə.Həsənov qeyd edir ki, "AG Bank" kimi bankları bağlamaq doğru qərar deyil. O bunu əmanətləri qaytarmaq, firmaların pullarının batması kimi məsələlərin dövlət üçün artıq xərc olması ilə əlaqələndirib.  Ekspertin sözlərinə görə,  "NBC Bank"-ı bağlamaq isə Azərbaycanın iqtisadiyyatı üçün daha yaxşıdır. 

Bankların bağlanılması qərarı ölkənin beynəlxalq bank imicinə mənfi təsir edə bilərmi sualına isə ekspertin cavabı belə olub: " Əslində bankın vaxtında bağlanmaması ölkənin beynəlxalq imicinə zərbə vurur. Tutaq ki, "Ata Bank" bir il öncə bağlanmalı idi. Əmanətçilər və müştərilər, o cümlədən xaricilər öz pullarını götürə bilmir. Əlbəttəki əgər dövlət bu banka kömək edə bilirsə, bankı borcdan xilas etsin. Əks təqdirdə sözügedən bankın bağlanılmasından başqa real variant yoxdur. Amma "AG Bank" kimi sağlam bankların bağlanılması ölkənin beynəlxalq bank imicinə mənfi təsir göstərə bilər".

Ümumilikdə isə ekspert bu banklarda müvəqqəti inzibatçının təyin edilməsi qərarının düzgün zamanda verilmədiyi qənaətindədir. 
 
Samirə Əliyeva

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol