• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib - FOTOLAR

Bakcell Binədə yaşayan aztəminatlı ailələrə ərzaq yardımı edib  - FOTOLAR
28.05.2020 22:55

Bakcell şirkəti xüsusi karantin rejimi dövründə Azərbaycan vətəndaşlarına dəstək göstərmək məqsədilə həyata keçirilən genişmiqyaslı tədbirlər planı çərçivəsində Bakının Binə qəsəbəsində yaşayan aztəminatlı ailələr üçün ərzaq yardımı proqramı həyata keçirib.

Ötən həftə Bakcell əməkdaşları Binədə yaşayan 650 aztəminatlı ailəyə baş çəkib və şirkət adından yardım qutularını təqdim ediblər. Xəzər Rayon İcra Hakimiyyəti və Binə Bələdiyyəsinin təşkilati dəstəyi ilə və təqdim etdikləri siyahılara əsasən aksiya çərçivəsində Bakcell tərəfindən qəsəbədə yaşayan 650 ailəyə ərzaq yardımı göstərilib.

Qeyd edək ki, bu təşəbbüs Bakcell tərəfindən "Covid-19”a qarşı mübarizə üzrə həyata keçirilən genişmiqyaslı tədbirlərin davamıdır. Belə ki, şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1.5 milyon manat ianə etməklə yanaşı, Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bundan əlavə, Bakcell karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərib,  bütün karantin mərkəzlərində çalışan həkimlərə və müxtəlif karantin mərkəzlərindəki vətəndaşlarımıza ödəmə kartları hədiyyə edib.

Bakcell şirkəti sosial izolyasiya müddətində müxtəlif sosial və digər təşəbbüslər vasitəsilə Azərbaycan vətəndaşlarına, xüsusilə də həssas əhali qruplarına dəstək göstərməyə davam edəcək. 
 















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol