• $
  • €
  • ₽
  • ₺
  • £

Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA

Manatın məzənnəsi ilə bağlı AÇIQLAMA
06.05.2020 10:03
2020-ci ilin mart ayında manatın real məzənnəsi son 19 ayda ən yüksək həddə bahalanıb - 3.1%.
 
Qeyri-neft sektoru üzrə manatın real bahalanması 5%-dən çox olub.
 
Milli valyutanın real effektiv məzənnəsi onun başqa valyutalar qarşısında bazarda müəyyən olunan (yaxud Mərkəzi Bank tərəfindən fiksə olunan) məzənnəsindən fərqli olaraq alıcılıq qabiliyyəti əsasında dəyərini əks etdirir.

2 valyutaya münasibətdə real məzənnənin dəyişməsinə 2 göstərici təsir edir - nominal məzənnədə baş verən dəyişiklik, 2 ölkənin istehlak qiymət indeksində baş verən dəyişiklik.
 
Bu ilin martında qeyr-neft sektorunun timsalında manatın nominal effektiv məzənnə indeksi 4.5%. real məzənnə indeksi 3.1% yüksəlib, istehlak qiymətlərinin aylıq artımı 1% təşkil edib.
 
Diqqət edirsinizsə, nominal məzənnədə bahalanma çox yüksək olub. Buna səbəb Azərbaycanda dollara bağlı fiksə edilmiş məzənnə müqabilində əsas xarici ticarət partntyorlarımızın hamısında dəyəri əsasən bazarda müəyyən edilən çevik məzənnə sisteminin mövcudluğudur. Əsas ticarət partnyorlarının (Türkiyə, Rusiya, Çin, Qazaxıstan və s.) milli valyutaları son 2 ayda xeyli dəyər itirib.
 
Milli valyutanın real bahalanması o deməkdir ki, sizin ixrac etdiyiniz milli məhsul və xidmətlər bahalanır, xaricdən idxal etdiyiniz isə daha ucuz olur (yəni idxal stimullaşır).
 
Real effektiv məzənnə indeksi üçün referens olunan göstərici 100-dür. Bu göstərici 100-dən nə qədər aşağı olarsa, milli valyutanın arxasında durduğu məhsul və xidmətlərin beynəlxalq rəqabətə davamlı, 100-dən üzü yuxarı getdikcə isə rəqabət qabiliyyətinin düşdüyünü göstərir. Məsələn, manatın real məzənnə indeksi martda 104.9, türk lirəsinin məzənnəsi 73 olub.
 
2018-ci ilin yanvarından indiyədək manatın qeyri-neft sektoru üzrə real məzənnəsinin 15% bahalanması bu sektorun beynəlxalq ticarətdə rəqabət gücünü əhəmiyyətli dərəcədə zəiflədiyinə işarədir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol