• $
  • €
  • ₽
  • ₺
  • £

Banklara krediti olanlar OXUSUN!!! Sentyabr-oktyabrda... Bədbin proqnoz

Banklara krediti olanlar OXUSUN!!! Sentyabr-oktyabrda... Bədbin proqnoz
28.05.2020 23:49
"Sentyabr-oktyabr aylarında biz daha bir neçə bankın maliyyə durumunun ağırlaşmasının şahidi olacağıq”.
 
Anews.az-ın xəbərinə görə, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, ümumi bank sektorunda böyük problemlər yaşanacaq:
 
"Çünki hökümətin verdiyi qərara görə, karantin rejimi ilə sentyabr ayına kimi bütün növ kreditlərlə bağlı gecikmələr olsa, onlara cərimələr hesablanmayacaq. Bu qərar onu deməyə əsas verir ki, hökümət bu gecikmələrin olacağını bilir və gözləyir. Cünki insanların işi yoxdur, qazancları azalıb. Həm iş adamları, həm sadə vətəndaşlar, həm də istehlak kreditləri götürən insanların vəsaitləri yoxdur ki, krediti qaytarsınlar. Sentyabara kimi cərimələrin hesablanmaması həm biznesə, həm də insanlara bir az da rahatlıq gətirəcək”.
 
Ekspertin fikrincə, sentyabr ayına kimi problemli kreditlərin həcmi kifayət qədər yüksələcək:
 
"Bu, indinin özündə belə yüksəkdir. Ölkə üzrə ümumi kredit portfelinin 9%-ni problemli kreditlər təşkil edir. Müqayisə üçün onu deyim ki, inkişaf etmiş ölkələrdə problemli kreditlərin kritik həddi 3 %-dir. Biz artıq bunu 3 dəfə keçmişik. Sentyabr-oktyabr aylarında  bu, bir az da yüksələcək”.
Natiq Cəfərli qeyd edib ki, problemli kreditlərinin həcminin artması bütün bank sektorunu stresli vəziyyətə soxacaq:
"Payız aylarında biz daha bir neçə bankın maliyyə durumunun ağırlaşmasının şahidi olacağıq”.Qaynarinfo

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol