• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib

Dövlət özəl heyvandarlıq kompleksinin yaradılmasına dəstək verib
28.05.2020 21:53
Şamaxı rayonunun inzibati ərazisində yerləşən 700 hektar ərazini əhatə edən özəl heyvandarlıq və bitkiçilik kompleksi fəaliyyətə başlayacaq.

"Report" xəbər verir ki, "Agro Fresh” MMC-yə məxsus ferma 1 200 baş Qolşteyn cinsli qaramalın saxlanılması üçün nəzərdə tutulub. 

Kompleksə pivot sistemi ilə suvarılan əkin sahələri, yem sexi, sağım bölməsi, inək damları, logistika mərkəzi, peyin emalı sahəsi, su rezervuarı, ofis binası və yataqxana daxil olacaq. Kompleks üçün lazımi avadanlıqların və suvarma qurğularının alınmasına Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) dəstək verib.

Belə ki, ölkə Prezidentinin 19 dekabr 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "AKİA-nın vəsaitindən istifadə Qaydası”na uyğun olaraq, kompleks üçün alınmış avadanlıq və qurğuların gömrük dəyərinin 40%-ni dövlət subsidiyalaşdırıb. Həmin avadanlıq və qurğular İsrail, Avropa, Şimali Amerika və Türkiyədə istehsal edilib. Fermanın illik istehsal gücü 4 500 ton süd olacaq. Kompleksdə 45 nəfərin işlə təmin edilməsi planlaşdırılır. Qeyd edək ki, özəl investor bu layihəyə 35 milyon ABŞ dolları həcmində maliyyə ayıracaq.


































Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bizim Facebook səhifəmizə abunə olun

Paylaşmaq:


 

 



Bu xəbər həm də başqa dillərdə mövcuddur:
В Азербайджане при господдержке создается частный животноводческий комплекс
Azerbaijan supports creation of private livestock complex in Shamakhi

Xəbərlər Şöbəsi
Xəbərin müəllifi
Abunə ol 0



Tərəfdaşların xəbərləri

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol