• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankı Mobil tətbiqini mərhələli yeniləyir!

Azərbaycan Beynəlxalq Bankı Mobil  tətbiqini mərhələli yeniləyir!
28.05.2020 21:49
Azərbaycan Beynəlxalq Bankı müştəri məmnuniyyəti yaradacaq daha bir innovativ yeniliyini bazara təqdim edib. Bank yenilənmiş Mobil tətbiqini mərhələli şəkildə istifadəyə buraxıb. Bu cür mərhələli yanaşma IBA Mobile tətbiqinin müştərilərin istəklərinə tam uyğunlaşdırılması məqsədindən irəli gəlir.
 
Belə ki, mobil əlavədən ilk mərhələdə məhdud sayda müştəri qrupu istifadə edəcək. Yenilənmə təklifi iOS və Android sistemlərinin iş məntiqi ilə müştəri qrupuna avtomatik göndəriləcək. Təkmilləşdirmə mərhələsində istifadəçi müştərilərlə interaktiv kommunikasiya əsasında onlardan gələn bütün rəylər, təcrübələr toplanaraq təhlil ediləcək. İrad və təkliflər nəzərə alınmaqla IBA Mobile daha da təkmilləşdirilərək tədricən kütləvi istifadəyə buraxılacaq. Bir aylıq təkmilləşdirmə mərhələsindən sonra yeni mobil tətbiqdən Azərbaycan Beynəlxalq Bankının bütün müştəriləri faydalana biləcək. Müştərilər IBA Mobile tətbiqi ilə bağlı rəylərini mobil əlavəni açıb telefonu astaca silkələməklə monitorda yaranan pəncərədə qeyd edə bilərlər.

IBA Mobile tətbiqinin başlıca üstünlüyü son dərəcə sürətli işləməsi, qeydiyyatının asanlığı, istifadəsinin sadəliyi, funksiyalarının çoxluğudur.  IBA Mobile ilə müxtəlif onlayn ödənişlər aparmaq, köçürmələr etmək, hesabı nəzarətdə saxlamaq, çıxarışlar almaq və s. bir çox digər bank xidmətlərindən faydalanmaq olar. Mobil tətbiqin adı, loqosu, görünüşü də yenilənib. IBA Mobile tətbiqindən istifadə pulsuzdur. Müştərinin bu imkandan faydalana bilməsi üçün Azərbaycan Beynəlxalq Bankında kart və ya cari hesabının olması kifayətdir. Azərbaycan Beynəlxalq Bankı IBA Mobile tətbiqinin bütün istifadəçilərini öz rəyləri ilə mobil əlavənin təkmilləşdirilməsinə töhfə verməyə çağırır. 
 
 
 
 
 
 
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol