• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

SOCAR bu il bir milyard manatdan çox kredit qaytarıb

SOCAR bu il bir milyard manatdan çox kredit qaytarıb
30.06.2020 16:12
2020-ci ilin ötən dövründə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yerli və beynəlxalq banklara manat ifadəsində 1,082 milyard manatlıq kredit ödəyib.

Anews.az xəbər verir ki, bu barədə SOCAR-ın "Ernst&Young” (EY) şirkəti tərəfindən audit olunmuş 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

SOCAR-ın builki kredit ödənişinin digər valyutalar üzrə bölgüsü belədir: 522 milyon ABŞ dolları (887 milyon manat), 545 milyon Türkiyə lirəsi (156 milyon manat), 144 milyon Rusiya rublu (4 milyon manat), 16 milyon gürcü larisi (9 milyon manat).

Şirkətin manatla ödənişi isə 26 milyon manat təşkil edib.
Hesabat dövründən sonrakı müddətdə şirkət yerli və xarici banklardan 1,171 milyard manat məbləğində qısa və uzunmüddətli kredit cəlb edib.

Cəlb edilmiş kreditin digər valyutalar üzrə bölgüsü: 567 milyon ABŞ dolları (964 milyon manat), 24 milyon avro (46 milyon manat), 537 milyon Türkiyə lirəsi (153 milyo manat), 308 milyon Rusiya rublu (8 milyon manat).

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol