• $ 1.7
  • € 1.9216
  • ₽ 0.020775
  • ₺ 0.0441
  • £ 2.2624

“Nar Mobile” eşitmə qüsurlu insanları əhatə edən sosial fəaliyyətini davam etdirir

“Nar Mobile” eşitmə qüsurlu insanları əhatə edən sosial fəaliyyətini davam etdirir
11.07.2014 09:56
Mobil operator “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsinə start verdi.“Nar Mobile” mobil operatoru yeni “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsini reallaşdırmağa başlayıb. Belə ki, 2014-cü ilin iyul, avqust və sentyabr aylarında eşitmə qüsurlu insanların bacarıqlarının artırılması üçün mobil operator tərəfindən xüsusi kurslar təşkil olunacaq. Layihə çərçivəsində təşkil olunacaq kurslara yaşları 15 ilə 28 arasında olan nitq və eşitmə qüsurlu 25 gənc qatılacaq. Məşğələlər florist-dizayner, bərbər, kompüter texnologiyaları və dekorativ əl işlərindən ibarət olmaqla dörd istiqamət üzrə aparılacaq. Mobil operator kurslarda fərqlənən gənclərin işlə təmin edilmələri üçün də lazım olan dəstəyi əsirgəməyəcək.Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiya edilməsi missiyasına böyük töhfə verən “Nar Mobile” mobil operatoru artıq bir neçə ildir ki, bu təşəbbüslə çıxış edir. Mobil operator özünün “Eşitməmək – düşünməmək deyil” layihəsi çərçivəsində nitq və eşitmə qabiliyyəti məhdud olan insanları işlə təmin etmiş nadir şirkətlərdən biridir. Belə ki, şirkətdə hazırda 15 nəfər eşitmə qabiliyyəti məhdud olan əməkdaş çalışır. Bununla yanaşı, mobil operator eşitmə qüsurlu insanların kompüter biliklərinə yiyələnmələri üçün xüsusi olaraq kompüterdən istifadə video-kursları hazırlamışdır. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint” və digər əsas kompüter proqramlarını tədris edən video-kurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaratmışdır.Fiziki imkanları məhdud olan insanlara karyera fürsəti verən “Nar Mobile” öz təcrübəsindən çıxış edərək digər şirkətləri də nitq və eşitmə qüsurlu insanları işlə təmin etməyə çağırır.Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:36
Azərbaycan nefti ucuzlaşıb
Cənubi Qafqazda loqistikanın ən çox ÜDM-də payı olan ölkə Azərbaycandır
İqtisadiyyat 17:29
Cənubi Qafqazda loqistikanın ən çox ÜDM-də payı olan ölkə Azərbaycandır
BirbankPrivatebeynəlxalq “International Investor” nəşri tərəfindən“ Best Private Banking Azerbaijan”mükafatına layiq görüldü
İqtisadiyyat 15:18
BirbankPrivatebeynəlxalq “International Investor” nəşri tərəfindən“ Best Private Banking Azerbaijan”mükafatına layiq görüldü
Yelo Bank builki "SHE Congress"in də əsas tərəfdaşıdır!
İqtisadiyyat 15:12
Yelo Bank builki "SHE Congress"in də əsas tərəfdaşıdır!

Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
İqtisadiyyat 14:59
Aqrar Kredit və İnkişaf Agentliyi son 3 ildə ayırdığı vəsaitlərin məbləğini açıqlayıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:57
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:27
Avro və rubl bahalaşıb - Məzənnə
İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü
İqtisadiyyat 17:52
İstiqraz sahiblərinin qazancı $15 milyonu ötdü
Dövlətqulluqçularının aylıq vəzifə maaşları artırılıb
İqtisadiyyat 16:24
Dövlətqulluqçularının aylıq vəzifə maaşları artırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol