• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Neft Fondundan transfertlərin artması: Xarici valyutaya yüksələn tələb ödənilə bilər - RƏSMİ

Neft Fondundan transfertlərin artması: Xarici valyutaya yüksələn tələb ödənilə bilər - RƏSMİ
04.08.2020 17:52
Hesablama Palatasının 2020-ci il üzrə "büdcə zərfi”nə dair hazırladığı rəyində neftin qiyməti və büdcə xərcləri kimi əhəmiyyətli göstəricilər üzrə bir deyil, ən azı iki ssenarinin tətbiqi təklif olunub.

Bu barədə Hesablama Palatasının "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsinə verdiyi rəydə yazılıb.

Sənəddə bu prosesin qeyri-müəyyən dünya iqtisadiyyatı və bu qeyri-müəyyənliyə həssas olan neft qiymətləri şəraitində xüsusilə aktuallaşdığı vurğulanıb.
Yenidən baxılacaq dövlət büdcəsində Dövlət Neft Fondundan transfertlərin 850 milyon manat artırılaraq, 12 milyard 200 milyon manata qaldırılması nəzərdə tutulur.

Hesablama Palatasının rəyinə əsasən, bu, iqtisadi inkişafla yanaşı, istehlakçı narahatlığı fonunda xarici valyutaya artan tələbin ödənilməsinə dəstək ola bilər.
"Dürüstləşməyə dair təqdim edilmiş məlumatlara əsasən, ÜDM-nin proqnoz göstəricisinin dürüstləşmə nəticəsində həm nominal, həm də real ifadədə əhəmiyyətli şəkildə azaldılmasının büdcə gəlirlərinin azaldılması, büdcə xərclərinin isə artırılması ilə müşayiət olunması nəzərdə tutulur.

Adətən, büdcə parametrlərinin makrovəziyyətə paralel olaraq uyğunlaşdırılması müvafiq hesab edilsə də, pandemiya və ya post-pandemiya dövrü xüsusi hal kimi qəbul edilə bilər”, - deyə Hesablama Palatasının rəyində yazılıb.(oxu az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda sənaye istehsalı azalıb
İqtisadiyyat 11:53
Azərbaycanda sənaye istehsalı azalıb
Uzunmüddətli kreditlərin həcmi 25 milyardı keçib
İqtisadiyyat 11:44
Uzunmüddətli kreditlərin həcmi 25 milyardı keçib
Çindən Azərbaycana turist axını artıb
İqtisadiyyat 11:34
Çindən Azərbaycana turist axını artıb
10 ayda dövlət büdcəsindən 280 milyon manat geri qaytarılıb
İqtisadiyyat 11:21
10 ayda dövlət büdcəsindən 280 milyon manat geri qaytarılıb
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
İqtisadiyyat 10:47
TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri açıqlanıb
Naxçıvan sahibkarları 10 ayda 12 milyon manat güzəştli kredit alıblar
İqtisadiyyat 10:43
Naxçıvan sahibkarları 10 ayda 12 milyon manat güzəştli kredit alıblar
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:22
Qızılın qiyməti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:45
Bu günün valyuta məzənnələri açıqlanıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:23
Dünya bazarlarında neft ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol