• $
  • £

Yerevanda atışma: bir nəfər ölüb, bir neçə yaralı var

Yerevanda atışma: bir nəfər ölüb, bir neçə yaralı var
18.02.2026 17:40

Fevralın 18-də Yerevan şəhərinin Ajapnyak rayonu ərazisində baş verən atışma nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

NEWS.am-ın məlumatına görə, hadisə ilə bağlı xəstəxanaya aparılan 7 nəfərdən biri həyatını itirib, ikisinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti stabildir. Bu barədə cərrahiyyə üzrə müavin Aşot Kurqinyan bildirib. Onun sözlərinə görə, yaralananlardan bəzilərinin həyatı təhlükədə ola bilər.

Daha əvvəl Ajapnyak rayonunda silah səslərinin eşidildiyi, internetdə bir qrup şəxsin bir-birinə atəş açdığını əks etdirən görüntülərin yayıldığı bildirilib. Hadisə yerində güllə gilizləri, bıçaq və güllə izləri olan avtomobil aşkar edilib.

Hüquq-mühafizə orqanları yaralıların və avtomobil sahibinin şəxsiyyətini müəyyənləşdirir. Polis rəhbərliyi, o cümlədən Kamo Tsutsulyan hadisə yerindədir.

Ermənistan Daxili İşlər Nazirliyi hadisənin bütün hallarının araşdırıldığını və əməliyyat-istintaq tədbirlərinin davam etdiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dünya 19:30
İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
Dubayda partlayış olub
Dünya 18:19
Dubayda partlayış olub
Polşa hava məkanını üç ay müddətinə bağlayır
Dünya 17:50
Polşa hava məkanını üç ay müddətinə bağlayır


Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
Dünya 17:20
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb


Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb
Dünya 16:30
Saatlıda qonşularını qətlə yetirən ata və oğulun cəzası artırılıb

Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
Dünya 16:19
Macarıstanda saxlanılan Ukrayna vətəndaşları ölkədən qovulacaq
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Dünya 09:40
“Azeri Light” nefti 6,8% bahalaşaraq 87,9 dollara yüksəlib
Tramp: ABŞ İranda yaxşı liderlik görmək istəyir
Dünya 09:17
Tramp: ABŞ İranda yaxşı liderlik görmək istəyir
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Dünya 21:04
İsrail Tehranda hökumət obyektlərinə zərbələr endirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol