• $ 1.7
  • € 2.013
  • ₽ 0.022112
  • ₺ 0.0389
  • £ 2.314

SON DƏQİQƏ! 53 MİLYON MANAT AYRILIR — 278 min şəxə pul veriləcək

SON DƏQİQƏ! 53 MİLYON MANAT AYRILIR  —  278 min şəxə pul  veriləcək
06.08.2020 20:02
Prezident İlham Əliyevin tapşırığına əsasən, pandemiya dövründə növbəti sosial dəstək tədbiri - sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayon (Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan) üzrə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə proqramı həyata keçiriləcək. 
 
Bu barədə Anews.az-a  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qərar layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
 
"Ödəmə aprel-may ayları üzrə birdəfəlik ödəməni almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi faktiki yaşayış ünvanı Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinə və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarına aid olan şəxslərə veriləcək.
 
Bu ödəmələr həmin bölgələr üzrə işsiz və xüsusi karantin rejimində işini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 278 min şəxsi əhatə edəcək. Bu məqsədlə 53 milyon manat vəsait sərf olunacaq.
 
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürüləcək və bu barədə onlara rəsmi məlumat göndəriləcək.
 
Ödəmənin verilməsinə başlanarkən bu barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
İqtisadiyyat 17:11
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətini almasınıtəsdiqləyib
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
İqtisadiyyat 16:09
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
İqtisadiyyat 11:48
SOCAR və Gran Tierra Energy Quba–Xəzəryanı regionu üzrə saziş imzalayıb
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
İqtisadiyyat 10:00
Qızılın qiyməti yenidən 5 000 dolları ötüb
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
İqtisadiyyat 09:56
Rusiya olmadan Ermənistanın dəmir yolu sistemi “bir anda çökə bilər” -Şoyqu
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:37
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl ucuzlaşıb - Məzənnə
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 12:52
Qızılın qiyməti bahalaşıb
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib
İqtisadiyyat 09:52
Səudiyyə Ərəbistanı Azərbaycana 5 ton xurma hədiyyə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol