• $
  • €
  • ₽
  • ₺
  • £

Bu şəxslər gömrük güzəştlərindən yararlana biləcək

Bu şəxslər gömrük güzəştlərindən yararlana biləcək
28.08.2020 12:43
Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşunun stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.

Anews.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.  Qeyd olunub ki, belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı və turizm sahələrində məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır. Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar 7 il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər.
Bildirilib ki, təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə 7 il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.

Qeyd edək ki, indiyədək 379 sahibkarlıq subyektinin 455 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. investisiya təşviqi sənədi verilmiş layihələrin 59%-i sənaye, 40%-i kənd təsərrüfatı, 1%-i isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,18 milyard manatadək investisiya yatırılacağı, 29,6 mindən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87%-i regionların payına düşür.
İnvestisiya təşviqi sənədi verilmiş 300-dən artıq layihə artıq fəaliyyətə başlayıb və 25 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və digər ölkələrə ixrac olunur.

İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 3623 təsdiqedici sənəd verilib, nəticədə təqribən 653 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.

Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.

Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.

2020-ci ilin ötən dövrü ərzində isə 34 sahibkarlıq subyektinin 35 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 158 milyon manatadək investisiya yatırılacağı, 1600-dən çox yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 88%-i regionların payına düşür.

Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 66%-i sənaye, 34%-i isə kənd təsərrüfatı sahələri üzrə layihələri əhatə edir.

Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 70 milyon ABŞ dollarına yaxın dəyərdə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 415 təsdiqedici sənəd verilib.

Bu təşviq mexanizmlərinin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
İqtisadiyyat 11:40
Ukrayna ordusu Zaporojye və Belqoroda PUA zərbələri endirib, altı nəfər ölüb
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
İqtisadiyyat 11:25
Birbank-ın “Yığ və qazan” lotereyasının ilk tirajının qalibləri bəlli oldu
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
İqtisadiyyat 11:09
Bakıda “Ümumdünya Dayanıqlı Nəqliyyat Günü – 2026” beynəlxalq forumu işə başlayıb
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
İqtisadiyyat 10:53
PAŞA Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:47
Ailə başçısını itirməyə görə pensiya alanların sayı açıqlanıb
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 09:39
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
İqtisadiyyat 09:37
PAŞA Bank və Deloitte Private “Best Managed Companies Azerbaijan 2027” proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
İqtisadiyyat 09:34
Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:30
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol