• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul başlandı – namizədlər 6 dekabradək ərizə göndərə bilər

Qəbul başlandı – namizədlər 6 dekabradək  ərizə göndərə bilər
19.11.2020 11:57
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasına bu gündən növbəti qəbul elan edilib. Ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq yeni proqramda "DevOps mühəndisliyi”, "Machine Learning” və "QA Automation” ixtisasları üzrə kadr hazırlığı həyata keçiriləcək. 

Müraciət edən namizədlər arasından 3 istiqamət üzrə 75 tələbə seçiləcək. 25 namizədə "DevOps mühəndisliyi”, 25 namizədə "Machine Learning”, 25 namizədə isə "QA Automation” sahəsində intensiv (bootcamp) kurslarda təhsil almaq imkanı yaradılacaq. 

Qəbul zamanı hər istiqamət üzrə ən yüksək bal toplamış 10 namizəd (cəmi 30 namizəd) Azərbaycan Beynəlxalq Bankının, 10 namizəd (cəmi 30 namizəd) bp və onun tərəfdaşları (SOCAR, TPAO, PETRONAS, MOL, LUKOIL, NICO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL və Eni) ilə birgə təqaüdü ilə Akademiyada ödənişsiz təhsil alacaq. 

Akademiyaya qəbul olunmaq istəyən şəxslər dekabrın 6-dək Akademiyanın rəsmi Facebook və internet səhifəsindən onlayn ərizə göndərə bilərlər: https://ibatech.az 

Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi 4 mərhələdə aparılacaq: motivasiya məktubu, sahə üzrə test, məntiq testi və fərdi müsahibə. Təlimlər dekabrın 15-dən başlanacaq və 3 ay davam edəcək.

IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Tələbələrin rahat gəliş-gedişi üçün nəqliyyat vasitəsi təmin ediləcək.

Akademiyanın fəaliyyətinə İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparır. IBA Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə kömək edir. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına da dəstək verilir. Belə ki, indiyə qədər IBA Tech Akademiyası məzunlarının 70%-dən çoxu müxtəlif aparıcı  şirkətlərdə işlə təmin olunub. Belə bir Akademiyanın yaradılmasında Azərbaycan Beynəlxalq Bankının məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar İT mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları Bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.







www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol