• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda “STAR” zavodunun tikintisinə dair saziş imzalandı

İstanbulda “STAR” zavodunun tikintisinə dair saziş imzalandı
06.06.2014 15:35
 Bu gün Türkiyənin İstanbul şəhərində İzmirin Əliağa yarımadasında tikiləcək “STAR” neftayırma zavodunun (NEZ) maliyyələşdirilməsinə dair kredit sazişi imzalanıb.“APA-Economics”in İstanbul müxbirinin verdiyi məlumata görə, mərasimdə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev qeyd edib ki, 2011-ci ilə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə təməli qoyulan zavodun maliyyələşdirilməsi ilə bağlı iki il yarım davam edən müzakirələrdən sonra, dünyanın və Avropanın önəmli maliyyə qurumları NEZ-in inşasına maliyyə dəstəyi verməyə razı olublar: “Bu gün 3,3 mlrd. dollarlıq layihənin imza mərasimi keçirilir. 2018-ci ilə qədər Türkiyənin neft sektorunda 120 mlrd. dollarlıq sərmayə qoyulacaq. Bunun da 20 mlrd. dolları Azərbaycanın payına düşür. Bu kredit Türkiyə tarixində bir layihəyə verilən ən uzun müddətli və ucu açıq olan kreditdir. Bu kredit sazişindən layihənin nə vaxt tamamlanacağına dair heç bir maddə yoxdur”. Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da bu layihəyə dəstək verdiklərini qeyd edib. Sənaye naziri Natiq Əliyev isə bu hadisəni yeni qələbə adlandırıb. “Avropanın və dünyanın ən böyük maliyyə qurumları bu gün bu layihəyə dəstək verirlər. 20 il əvvəl Azərbaycan özü kənardan sərmayə axtarırdısa, bu gün özü dünyanın bir çox ölkələrinə sərmayə yatıran ölkəyə çevrilib. “Petkim” şirkəti 2023-cü ildə illik 30 mlrd. dollar dövriyyəsi olacaq Türkiyənin ən böyük sənaye şirkətinə çevriləcək”, - deyə o bildirib. Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə qeyd edib ki, 10,4 mlrd. dollarlıq Azərbaycandakı dövlət investisiyasına 153 şirkət podratçı və subpodratçı şəklində iştirak edir. Türkiyənin elm, sənaye və texnologiyalar naziri Fikri İşıq bildirib ki, bu imzalanma mərasimi təkcə Türkiyə və Azərbaycan üçün deyil, eləcə Avropa üçün də böyük önəm daşıyır. Onun sözlərinə görə, neft-kimya sahəsindəki Türkiyənin cari kəsiri neft və qazdan sonra ikinci yerdədir: “Biz bundan çox sıxıntı keçiririk. Bu sərmayə bizim üçün olduqca önəmlidir”. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız isə qeyd edib ki, Türkiyənin “TPAO” şirkətinin “Şahdəniz 2” layihəsindəki payının 9%-dən 19%-ə, “Botaş” şirkətinin isə TANAP layihəsindəki payının 20%-dən 30%-ə artırıldığından məmnun olduqlarını bildirib. “Keçən il gəlirlərimiz 265 mln. dollar olub. 23 maliyyə qurumu ilə birlikdə Türkiyənin “Garanti” bankının 3,3 mlrd. dollarlıq maliyyə dəstəyindən iştirakı ilə əlaqədar sevinc hissi duyuruq. “STAR” işə düşdükdən sonra 10 mln. ton neft-kimya məhsullarının illik istehsalı nəzərdə tutulub ki, bu da Türkiyənin bir çox sahələrində bizim yükümüzün yüngülləşməsinə kömək edəcək”, - deyə o bildirib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:16
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
İqtisadiyyat 16:28
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 8%-ə yaxın artıb
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
İqtisadiyyat 16:13
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
İqtisadiyyat 16:06
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
İqtisadiyyat 15:50
Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
İqtisadiyyat 12:42
Azərbaycanda orta aylıq əmək pensiyasının 2027-ci ildə 639 manata çatacağı gözlənilir
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
İqtisadiyyat 12:30
Hesablama Palatası büdcə qanunvericiliyinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
İqtisadiyyat 12:19
Azərbaycan iqtisadiyyatının 2026-cı ildə 1,7% artacağı proqnozlaşdırılır
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
İqtisadiyyat 11:41
Yanacağın markalanması və izlənilməsi mexanizmi tətbiq ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol