Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İndi
"İnşaatçılar” metrostansiyası ətrafında və yaxın ərazilərdə yaşayan sakinlər
"Unibank”ın daha rahat və geniş filialının xidmətindən istifadə edəcəklər. Yeni
ünvanda və yeni konsepsiya əsasında təmir edilən filial həm biznes, həm də pərakəndə
müştərilərə xidmət edəcək.
Müştərilərə
daha geniş, daha şəraitli bir məkanda xidmət üçün "İnşaatçılar” filialının köçdüyü
yeni ünvan əvvəlki ünvandan uzaq deyil. "İnşaatçılar” metrosunun yanında- Şərifzadə
küçəsi 174 ünvanında yerləşən filial, elə köhnə filialla üzbəüz yerləşir. Daha
geniş gözləmə zalı və çoxsaylı monitorların quraşdırıldığı filial, müştərilərə
xidmətin intensivliyini artıracaq. Yenilənmiş filialda müştərilərə bütün bank
xidmətləri göstərilir. Fililiala gələn müştərilər hesablaşma-kassa
əməliyyatları, əmanət rəsmiləşdirilməsi, kredit müraciəti, plastik kart
sifarişi, pul köçürmələri, valyuta mübadiləsi və digər bank xidmətlərindən yüksək
keyfiyyətlə istifadə edə biləcəklər. Filial müştərilərə ən yüksək səviyyədə
xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə
uyğun olaraq, filialın qarşısında 7/24 müştərilərin xidmətində olan ATM və ödəmə
terminalı quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə
isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə
istifadə imkanı yaradır.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV
Rəsmi Youtube kanalımız