• $
  • €
  • ₽
  • ₺
  • £

Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO

Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
14.11.2021 09:12
Gələn ilin dövlət büdcəsində əsaslı dəyişikliklərin olacağı gözlənir. 2022-ci ildə Azərbaycanda minimum pensiyanın məbləği 20 faiz artırılaraq 200 manatdan 240 manata, minimum əməkhaqqı məbləği isə 250 manatdan 300 manata çatdırılacaq.

Anews.az xəbər verir ki, gələn ilin dövlət büdcəsi artıq komitələrdə müzakirə olunub, gələn həftə də plenar iclasa çıxarılacaq. Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gələn ilin dövlət büdcəsində nəzərdə tutulan dəyişiklikləri "xəzər xəbər"ə şərh edib. O bildirib ki, dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsində artım var:

Millət vəkilinin sözlərinə görə, sosial yönümlü xərclər builki büdcənin 46,4 faizini təşkil edəcək. Ən çox artırılan xərclər də təhsil xərcləridir ki, bötüvlükdə büdcənin 13 faizini təşkil edəcək. Səhiyyə xərcləri isə müstəqillik dövründə olmadığı həddə çatacaq və təxminən 1 milyard 700 min manatdan çox olacaq.

Minimum əməkhaqqı və pensiyaların artırılması da nəzərdə tutulur ki, bu da vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, hazırda pensiyaya çıxmaq üçün tələb edilən kapital 28 min 800 manatdır. Minimum kapitalın məbləği minimum pensiya məbləğinin 144-ə vurulması ilə müəyyən olunur. Gələn il minimum pensiya 240 manat olarsa, pensiyaya çıxmaq üçün tələb edilən kapitalın məbləği 34 min 560 manata yüksələcək.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
İqtisadiyyat 07:37
“INMerge 2026” sammitinə 94 ölkədən 1300-dən çox startap müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol