• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankında “Yaz fürsəti”

Azərbaycan Beynəlxalq Bankında  “Yaz fürsəti”
11.03.2021 13:45
Azərbaycan Beynəlxalq Bankı Yaz mövsümü ərəfəsində yeni, möhtəşəm "Yaz fürsəti” kampaniyasına start verib. Kampaniya çərçivəsində eyni zamanda bankın bir neçə məhsulları üzrə xüsusi imtiyaz və endirimlər təklif edilir. "Yaz fürsəti” kampaniyasında təklif edilən şərtlər aşağıdakı kimidir: 

Martın 31-dək davam edəcək "Yaz fürsəti” kampaniyası çərçivəsində müştərilər TamKart kredit kartını pulsuz əldə edərək kredit faizinə endirim qazana bilərlər. Kredit 18%-dən başlayan illik faiz dərəcəsi ilə, 48 ay müddətinə, 30 000 manatadək təklif edilir. 

Eyni kampaniya çərçivəsində Bankın TamKart debet  kartlarını 50% endirimlə əldə etmək olar. Kartları həm Bankın filiallarında, həm də rəsmi internet səhifəsində onlayn sifariş vermək mümkündür. 

Nağdsız ödənişlərindən millər toplayıb pulsuz səyahət imkanı qazanmaq istəyənlər isə Azərbaycan Beynəlxalq Bankının "Yaz fürsəti” kampaniyasından faydalana bilərlər. Belə ki, Bankın belə bir imkanı yaradan IBA Miles kartları indi müştərilərə endirimli  qiymətlə təklif edilir. Müştərilər martın 31-dək IBA Miles kartlarını onlayn sifariş əsasında 30% güzəştlə əldə edə bilərlər. Üstəlik, kart onlayn sifariş edildikdə müştərinin ünvanına pulsuz çatdırılır. 

"Yaz fürsəti” kampaniyası çərçivəsində  18 - 28 mart tarixləri aralığında TamKart sahibləri alış-verişlərini Azərbaycan Beynəlxalq Bankının partnyor şəbəkəsində bu kartla etdikdə daha çox kəşbək və endirimlər qazanacaqlar. Bankın partnyor şəbəkəsi ilə buradan ətraflı tanış ola bilərsiniz. 

"Yaz fürsəti” kampaniyasının sadalanan imtiyazlarından indi hər kəs faydalana bilər. Kampaniya barədə daha ətraflı: https://ibar.az/yazfurseti
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
İqtisadiyyat 17:39
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat 17:29
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 13:58
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
İqtisadiyyat 13:50
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
İqtisadiyyat 13:45
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
İqtisadiyyat 11:55
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
İqtisadiyyat 09:36
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol