• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Bu məhsullar ucuzlaşacaq - VİDEO

Bu məhsullar ucuzlaşacaq - VİDEO
25.03.2021 10:17
Lirənin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və ölkəmizə daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər.


Türkiyənin milli valyutasının ABŞ dollarına qarşı məzənnəsinin 7.22 lirədən 8.34 lirəyə yüksəlməsi Azərbaycan bazarına ilkin mərhələdə müsbət təsir edəcək.


İqtisadçı-ekspertlərin fikrincə, lirənin dalğalanmasından asılı olaraq bazara necə təsir edəcəyi yaxın vaxtlarda bilinəcək. Bundan əvvəl də Türkiyə lirəsi ucuzlaşdıqda bənzər mənzərə müşahidə edilib. Hazırda isə Türkiyə istehsalçıları məhsullarını əvvəlki qiymətə satışa təqdim etdiyindən idxal səmərələdir.


İqtisadçı ekspert Ruslan Atakişiyevin sözlərinə görə, manatın məzənnəsinin dəyişməz olaraq qalması və lirənin dollara nisbətən 14 faiz  ucuzlaşması ilkin mərhələdə tələbi artıra bilər. Baş verən hadisələrdən sonra lirənin  Azərbaycan manatı qarşısında da ciddi dəyər itirməsi  Türkiyədən gətirilən məhsulların  bir müddətdən sonra Azərbaycanda ucuzlaşmasına gətirib çıxarmalıdır. Məzənnə sabitləşdikdə isə sahibkarlar xərclərinə uyğun olaraq qiymət tənzimlənməsi həyata keçirəcəklər.


Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, Türkiyədən Azərbaycana əsasən ərzaq və geyim məhsulları, müxtəlif texnika vasitələri, müdafiə və aviasiya sənayesi məhsulları, iri ev quşları, iri heyvanlar və məişət məhsulları idxal edilir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
 Səyavuş Novruzov Azərbaycanda bahalı kreditlərdən danışıb - VİDEO
İqtisadiyyat 17:40
Səyavuş Novruzov Azərbaycanda bahalı kreditlərdən danışıb - VİDEO
Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir -  millət vəkili - VİDEO
İqtisadiyyat 15:48
Hökumət hara nə qədər xərcləyəcəyini proqnozlaşdıra bilmir - millət vəkili - VİDEO
Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO
İqtisadiyyat 15:39
Azərbaycanda ÜDM 13 milyard manat azalacaq - Tahir Kərimli - VİDEO
Ağdam şəhərində tikinti-quruculuq işlərinə start verildi - VİDEO
İqtisadiyyat 18:18
Ağdam şəhərində tikinti-quruculuq işlərinə start verildi - VİDEO
İqtisadiyyat 12:19
"Mart getdi, dərdlə bərabər pul da getdi?" - VİDEO SORĞU
Bu məhsullar ucuzlaşacaq - VİDEO
İqtisadiyyat 10:17
Bu məhsullar ucuzlaşacaq - VİDEO
Əmanətlərini ala bilməyən bank müştəriləri etiraz aksiyası keçirib - VİDEO
İqtisadiyyat 17:07
Əmanətlərini ala bilməyən bank müştəriləri etiraz aksiyası keçirib - VİDEO
İqtisadiyyat 07:28
"Mərkəzi Bank sahibkarların işini iflic edib" - iş adamı Cavid Qara- VİDEO
Koronavirus kafe sahiblərini müflis etdi. Onlar dövlətdən kömək gözləyirlər - VİDEO
İqtisadiyyat 03:12
Koronavirus kafe sahiblərini müflis etdi. Onlar dövlətdən kömək gözləyirlər - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol