• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ötən il üzrə yolxucu xəstəliklərin dinamikası açıqlanıb

Azərbaycanda ötən il üzrə yolxucu xəstəliklərin dinamikası açıqlanıb
16.03.2026 09:46

 Azərbaycanda 2025-ci ildə bir sıra yoluxucu xəstəliklər üzrə xəstələnmə göstəricilərində azalma qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin illik hesabatında qeyd olunub. 

Ölkə əhalisi arasında kəskin bağırsaq infeksiyalarının yayılma səviyyəsi 2024-cü illə müqayisədə 6,4% azalaraq 8,7 min hadisədən 8,1 min hadisəyə düşüb.

Törədicisi müəyyən edilmiş enteritlərin yayılma səviyyəsi isə 1,9 dəfə azalaraq 2,7 min hadisədən 1,5 min hadisəyə enib.


Hesabatda qeyd olunur ki, viruslu hepatitlərlə bağlı ümumi xəstələnmə göstəricisi də əhəmiyyətli dərəcədə azalıb. Belə ki, bu göstərici əvvəlki illə müqayisədə 4,9 dəfə azalaraq 630 hadisədən 128 hadisəyə düşüb.

Hepatit A üzrə xəstələnmə 32 dəfə azalaraq 444 hadisədən 14 hadisəyə enib, Hepatit C üzrə xəstələnmə isə 2,8 dəfə azalaraq 138 hadisədən 50 hadisəyə düşüb.


2025-ci ildə ölkə üzrə 19 qarayara (antraks) hadisəsi qeydə alınıb ki, bu da 2024-cü illə müqayisədə üç hadisə azdır.


Hesabatda bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycana verilmiş “malyariyadan azad ölkə” statusunun qorunması məqsədilə 2022–2026-cı illəri əhatə edən yol xəritəsi çərçivəsində tədbirlər davam etdirilib. İl ərzində epidemioloji nəzarət məqsədilə malyariya diaqnostikası üzrə istinad laboratoriyasında 154,5 min qan nümunəsi müayinə olunub və yerli malyariya hadisəsi aşkar edilməyib.


Bununla yanaşı, ölkədə poliomielitdən azad ərazi statusunun qorunması istiqamətində də tədbirlər davam etdirilib.

Bu çərçivədə kəskin süst iflic hallarına epidemioloji nəzarət və immunizasiya səviyyəsinin qiymətləndirilməsi məqsədilə Göygöl, Yardımlı, Qəbələ, Ağdam, Zərdab, Yevlax, Tovuz, Samux, Qax və Oğuz rayonlarında monitorinqlər aparılıb.

Gülnar Nazimqızı 

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol