• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

BP-nin Gürcüstan üzrə rəhbəri azərbaycanlı təyin olunub

BP-nin Gürcüstan üzrə rəhbəri azərbaycanlı təyin olunub
07.04.2021 12:26
Aytən Hacıyeva Böyük Britaniyanın BP şirkətinin Gürcüstan üzrə ölkə rəhbəri vəzifəsinə təyin olunub.

"Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev A.Hacıyeva ilə görüş keçirib.

Səfir A.Hacıyevanı yeni təyinatı münasibətilə təbrik edərək ona fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan vətəndaşlarının böyük transmilli şirkətlərdə yüksək vəzifə tutmalarının önəmini qeyd edib.

A.Hacıyeva BP-nin Gürcüstandakı fəaliyyəti və gələcək planları barədə məlumat təqdim edib. Onun sözlərinə görə, bu il şirkətin Gürcüstanda fəaliyyətə başlamasının 25-ci ildönümü tamam olur və şirkət regionda bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsini də təşviq edir.

Tərəflər Gürcüstanda biznes mühiti, ölkədə Azərbaycan şirkətlərinin fəaliyyəti və onların yatırdıqları sərmayələr ətrafında fikir mübadiləsi də aparıblar.

Qeyd edək ki, A.Hacıyeva BP-də yüksək vəzifəyə təyinat alan üçüncü azərbaycanlı kadrdır. Hazırda şirktətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda insan resursları üzrə vitse-prezidenti Nərminə Nəbiyeva, Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti isə Bəxtiyar Aslanbəylidir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
İqtisadiyyat 15:40
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:26
Azərbaycan nefti bahalaşıb

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol