• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO

Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
02.06.2021 09:12
Nazirlər Kabinetinin 9 fevral 2020-ci il tarixli qərarı ilə "Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” təsdiq edilib.

Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Qaydalara uyğun olaraq, nazirlikdə "Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair "Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb.

Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış "Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqustun 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, "Büdcə sistemi haqqında” qanunun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Nazirlər Kabinetinə təqdim edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
İqtisadiyyat 21:55
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
İqtisadiyyat 09:27
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
İqtisadiyyat 10:56
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İqtisadiyyat 09:12
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
İqtisadiyyat 22:00
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
İqtisadiyyat 09:12
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 16:40
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 09:15
"300 dolları istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər" - VİDEO
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
İqtisadiyyat 23:30
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol